Modern.az

“Region TV” televiziya şirkəti tenderin qalibi olub

“Region TV” televiziya şirkəti tenderin qalibi olub

14 Mart 2014, 17:45

Bu gün “Region TV” televiziya şirkəti Milli Teleradio Şurasının keçirdiyi tenderin nəticələrinə əsasən Azərbaycan üzrə yayım hüququ əldə edib. Beləliklə də, ölkə üzrə yayımlanan ümumrespublika televiziya kanallarının sayı 10-a çatıb.

Modern.az xəbər verir ki, “Region TV” televiziya kanalı müstəqil regional telekanallar – Kəpəz TV (Gəncə),  RTV (Xaçmaz), CTV (Lənkəran), EL TV (Yevlax), Kanal S (Şəki) və TTV-nin (Tovuz) birgə yaratdığı Azərbaycanın ilk televiziya şəbəkəsidir. “Region TV”-nin Bakıda yayıma başlayacağı tarix isə 2014-cü ilin may ayına planlaşdırılır. “Region TV” Bakı və Abşeron yarımadası ərazisində 37-ci tezlikdə (11 sektor) yayımlanacaq. Bölgələrdə isə yayım regional telekanalların - Kəpəz TV, RTV, CTV, EL TV və Kanal S-in siqnalları vasitəsilə həyata keçiriləcək. Açıq yayımla yanaşı Region TV Azərbaycanın ilk peyki olan AzerSpace1-in Avropa seqmentində, kabel tv-lər, həmçinin internet vasitəsilə də yayımlanacaq.   

Rafiq Qənbərov  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü