“Xəzər” televiziyasının tanınmış aparıcısı Hacı Nuran Hüseynov müalicəsini Almaniyada davam etdirir. Modern.az-ın məlumatına görə, bu barədə jurnaist özü məlumat verib.
”Əziz dostlar, dəyərli soydaşlar. Qarşıdan 21 mart xalqımızın milli bayramı Novruz gəlir. Bu bayram Azərbaycan xalqının taleyində xüsusi önəmə sahibdir. Almaniyanın Köln şəhərində fəaliyyət göstərən Alman Azərbaycan Mədəniyyət Evi də möhtəşəm bir Novuz gecəsi təşkil edəcək.
Bildiyiniz kimi, mən də neçə müddətdir ki Almaniyanin Düsseldorf şəhərində yerləşən UNIklinikanin onkologiya şöbəsində mualicəmi davam etdirirəm, ağır xərçəng xəstəliyi ilə mübarizə aparıram. Yuxarda adı çəkilən tədbirə təşkilatçılar tərəfindən fəxri qonaq qismində dəvət olunmuşam. Dostlarımı bu tədbirdə görməkdən məmnun olardım. Gəlin hamılıqla 21 mart 2014 tarixində Kölndə təşkil ediləcək Novruz gecəsində iştirak edək-deyə o, Facebook vasitəsilə Almaniyadakı azərbaycanlılara səslənib.
Qeyd edək ki, Hacı Nuranın uzun müddətdir ki, səhhətində ciddi problemlər yaranıb. Almaniyadan əvvəl o, Filippində müalicə almışdı.
Hacı Nuran uzun müddət “Xəzər” telekanalında yayımlanan "Xeyir körpüsü” verilişinin aparıcısı işləyib. Bu veriliş vasitəsilə bir çox xəstə, köməyə ehtiyacı olan insanlara ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən yardım göstərilib, müalicələri təşkil olunub.
A.Qorxmaz