Bu gün ANS telekanalının əməkdaşı Ləman Ələşrafqızı Milli Məclisin binasına buraxılmayıb. Bununla bağlı Parlament Jurnalistləri Birliyinin (PJB) rəhbərliyi parlamentin mətbuat katibi Akif Təvəkküloğlu ilə görüşərək məsələni müzakirə edib.
Modern.az xəbər verir ki, PJB rəhbərliyinə verilən izahatda A. Təvəkküloğlu bildirib ki, ANS əməkdaşlarının Milli Məclisin fəaliyyətinin işıqlandırılması ilə bağlı narazılıqlar var. "Bununla əlaqədar hətta şirkət rəhbərliyinə müraciət edilib. Müraciətdə ANS rəhbərliyindən Milli Məclisin fəaliyyətini işıqlandırmaq üçün başqa bir əməkdaşın göndərilməsi tövsiyə olunub.Çünki ANS-in altı əməkdaşı akkreditasiyadan keçirilib"
Gülşən Raufqızı