Modern.az

Oqtay Şirəliyev ağır vəziyyətdə olan jurnalistlə bağlı göstəriş verdi

Oqtay Şirəliyev ağır vəziyyətdə olan jurnalistlə bağlı göstəriş verdi

Media

19 May 2014, 12:07

“İnterAz” telekanalının kəskin “Hepatit-B” virusundan əziyyət çəkən əməkdaşı Nizami Eyvazovla bağlı müsbət xəbər var.
Modern.az saytı xəbər verir ki, səhiyyə naziri Oqtay Şirəliyev qaraciyər əməliyyatına ehtiyac duyan telejurnalistlə bağlı göstəriş verib. Onun bütün müalicə və əməliyyatı Neftçilər Xəstəxanasında dövlət hesabına pulsuz gerçəkləşəcək. Bu barədə xəstənin yaxınları bildiriblər.
Səhiyyə Nazirliyi Tibbi yardımın təşkili şöbəsinin müdiri Gülmirzə Poladov bildirib ki, Nizami Eyvazov artıq Neftçilər Xəstəxanasına köçürülüb və nazirin göstərişi ilə onun tam sağalması üçün hər şey dövlət hesabına həyata keçiriləcək.

İnterAz” telekanalının kəskin “Hepatit-B” virusundan əziyyət çəkən əməkdaşı Nizami Eyvazovun  qaraciyəri təcili əməliyyat olunmalıdır. Çünki onun qaraciyərimdə aşkarlanan virus özünün son mərhələsindədir. Həkimlər Nizami Eyvazovun “Hepatit-B”yə bağlı qaraciyər serrozunun dekompensasiya mərhələsində olduğunu deyirlər. Əməliyyatın ümumi xərci 45 min manatdır.
Qeyd edək ki, ötən həftə Bakıda jurnalistlər Nizami Eyvazova dəstək məqsədilə aksiya keçiriblər.



Modern.az

 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi