Onun sözlərinə görə 84 yaşlı H. Mirqədirov oğlunun işi ilə bağlı evində aparılan axtarışdan bir gün keçməmiş vəfat edib.
"Bir qədər əvvəl Rauf Mirqədirovun anası mənə zəng edərək Raufun atası Həbibulla müəllimin vəfat etdiyini bildirdi.
Həbibulla dayının 84 yaşı var idi, respublika prokurorluğunun keçirdiyi axtarışdan bir sutka keçməmiş rəhmətə getdi”.
Vəkil hadisəyə görə Respublika Prokurorluiğunun rəhbərliyini ittiham edib.
"İndicə müstəntiq İbrahim Ləmbəranski ilə danışdım ki, Raufun atasının dəfnində iştirakını təmin etsin. Dedi ki, rəhbərliyə məruzə edəcək" -deyə Fuad Ağayev vurğulayıb.
Qeyd edək ki, R. “Ayna-Zerkalo” qəzetinin əməkdaşı R. Mirqədirov dövlətə xəyanətdə şübhəli bilinərək barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib. Ötən gün isə onun atasının yaşadığı mənzildə prokurorluq axtarış aparıb.
H.Mirqədirov bir müddət öncə isə oğlu ilə bağlı prezidentə müraciət etmişdi. Dünən isə Həbibulla Mirqədirovun evində axtarış aparılıb.
Modern.az