Modern.az

Xoşqədəm Hidayətqızı "heç bir problem yoxdur" yazdı - YENİLƏNİB

Xoşqədəm Hidayətqızı "heç bir problem yoxdur" yazdı - YENİLƏNİB

26 May 2014, 16:48


Modern.az
saytı xəbər verir ki, ATV telekanalında yayımlanan "Səni axtarıram" verilişinin aparıcısı Xoşqədəm Hidayətqızının Suriyada çəkilişdə olarkən vurulduğu barədə xəbər yayılıb.

“Məlumat düzdür. Maşın atəşə tutulub. Bizim əməkdaşlarımızla danışanda o anda maşın atəşə tutulub. Qışqırıb ki, “atəşə tutulduq". Atəş səsi də gəlirdi. Elə ondan sonra da telefon əlaqəsi kəsilib. Səhərdən biz də çalışırıq ki, əlaqə yaradaq, ancaq heç birinə - nə özünə, nə də operatoruna zəng çatır. İndi biz də müxtəlif yollarla görək necə əlaqə yarada bilirik”.

Bunu Modern.az-a açıqlamasında ATV telekanalının “Xəbərlər” departamentinin baş redaktoru Vaqif Aydınoğlu deyib.

Aparıcının ayağından xəsarət aldığı bildirilir.

***

Amma Xoşqədəm Hidayətqızının baş redaktoru olduğu "Üç nöqtə" qəzetinin redaksiyasından Modern.az-a bildirilib ki, Suriyada yaralandığı bildirilən xanım jurnalist Bakı ilə əlaqə saxlayıb. Dostlarından birinə göndərdiyi telefon mesajında "heç bir problem yoxdur" yazan X.Hidayətqızı təfərrütalar barədə danışmayıb. Hazırda onunla əlaqə saxlamağa çalışırlar.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi