Modern.az

Rauf Mirqədirovun xanımı və qızlarının maddi durumu necədir?

Rauf Mirqədirovun xanımı və qızlarının maddi durumu necədir?

Media

6 İyun 2014, 12:20

Beynəlxalq jurnalist təşkilatları adətən həbsdə olan tanınmış jurnalistlərin ailəsinə maddi yardımlar edir. Azərbaycanda da belə praktika olub. Bildiyimizə görə, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid və “haqqın.az” saytının rəhbəri Eynulla Fətullayev həbsdə olduğu müddətlərdə ailələrinə dəfələrlə yardım edilib.

Bəs jurnalistlərin bağlı olduqları media orqani da öz əməkdaşına kömək edirmi?

Qeyd edək ki, hazırda Azərbaycanda həbsdə olan tanınmış jurnalistlərdən biri «Ayna»-«Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirovdur.
Modern.az saytına daxil olan məlumata görə, Rauf Mirqədirovun hazırda Türkiyədə yaşayan ailəsi – xanımı və iki qızı maddi problemlərlə üzləşib.

Əməkdaşımız məsələ ilə əlaqədar «Ayna»-«Zerkalo» qəzetlərinin baş redaktoru, Azərbaycan Jurnalistlər Birliyinin sədri Elçin Şıxlı ilə əlaqə saxlayıb. Elşin Şıxlı Modern.az-a Rauf Mirqədirovun hazırda Türkiyədə yaşayan ailəsinin durumu barədə məlumatsız olduğunu deyib.

2010-cu ilin avqustundan Türkiyədə yaşayan R.Mirqədirov bu il aprelin 19-da Türkiyədən çıxarılıb və elə həmin gün də Bakıda həbs olunub. «Dövlətə xəyanət»də ittiham olunan jurnalistə 3 aylıq həbs cəzası verilib. Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılan jurnalist ittihamları əsassız sayır və istintaqa ifadə verməkdən imtina edir.

Jurnalistin atası bir neçə gün öncə dünyasını dəyişib.

R.Mirqədirovun xanımı Adilə Babaxanova və iki qızı hazırda Türkiyədədir.

Misranə Həsənzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi