Modern.az

Polis "Azadlıq" qəzetinin əməkdaşı Xalid Qarayevi saxlayıb

Polis "Azadlıq" qəzetinin əməkdaşı Xalid Qarayevi saxlayıb

Media

30 Oktyabr 2014, 09:44

 

Oktyabrın 29-da “Azadlıq” qəzetinin və Türksat peyki ilə yayımlanan “Azərbaycan saatı” proqramının əməkdaşı Xalid Qarayevi polis saxlayıb. Bu haqda jurnalistin özü “Facebook” hesabında yazıb və Binəqədi rayon poliş şöbəsinin 4-cü bölməsinə aparıldığını bildirib.

Əvvəlcə polis şöbəsindən  jurnalistin orada olmasını təkzib etsələr də bir neçə saatdan sonra bölmənin rəisi müavini Oqtay Süleymanlı jurnalistin bölmədə olduğunu deyib. Şöbənin qarşısında gözləyən AXCP təşkilatının üzvü Çingiz Eminbəyli "Azadlıq" radiosuna deyib ki, rəis müavini Xalid Qarayevin küçədə söyüş söydüyünə görə saxlandığını bildirib. X.Qarayevin oktyabrın 30-da məhkəməyə çıxarılacaq. Vəkil Bəhruz Bayramova Xalid Qarayevlə görüşə icazə verilib.

Azərbaycan Saatı proqramının digər aparıcısı, Seymur Həzi isə bir neçə ay əvvəl həbs olunub. Seymur Həziyə qarşı Cinayət Məcəlləsinin 221.3-cü (silah və silah kimi istifadə olunan əşya tətbiq etməklə xuliqanlıq) maddəsilə ittiham irəli sürülüb. Avqustun 30-da Abşeron Rayon məhkəməsi Seymur Həzinin barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib.


Modern.az
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi