Modern.az

Sevinc Osmanqızı haqqındakı cinayət işindən danışdı - AÇIQLAMA

Sevinc Osmanqızı haqqındakı cinayət işindən danışdı - AÇIQLAMA

Media

9 Yanvar 2015, 12:45

Tanınmış telejurnalist, Qadın Jurnalistlər Birliyinin sədri Sevinc Osmanqızı Bakının Nərimanov rayon Prokurorluğunda  haqqında açılan cinayət işinə reaksiya verib.

Modern.az saytına verdiyi açıqlamada o, bu hadisədən təəssüfləndiyini vurğulayıb. 

"Belə bir təəssürat yaranır ki, mənə qarşı tələm-tələsik cinayət işi açmaq sifarişi verilib. Bu, çox təəssüf doğurur. Demokratik cəmiyyətdə plüralizmə, peşəkar jurnalistika prinsiplərinə dözümlülük olmalıdır. Azad mətbuat nümayəndələrini susdurmaq üçün inzibati resurslardan istifadə etmək yolverilməzdir.
Azərbaycan jurnalistikasında 20 ildən bəri külüng çalan biri kimi, bu, mənim üçün ağırdır.
Mən həmişə vətənimlə fəxr etmişəm. Bu proseslər bizə yaraşmır və onlara son qoyulmalıdır". 

Qeyd edək ki, Sevinc Osmanqızının keçmiş həyat yoldaşı Azər Xəlilovun iddiası əsasında ona qarşı Cinayət Məcəlləsinin 147 (böhtan atma)  və 148-ci (təhqir etmə) maddələri ilə cinayət işi açılıb.

Bir neçə gün öncə Bakının Nərimanov rayon Məhkəməsində xüsusi ittiham qaydasında qaldırılan cinayət işi üzrə məhkəmənin baxış iclası keçirilib. Prosesə hakim Məzahir Sadıqov sədrlik edir.
Sevinc Osmanqızı hazırda ABŞ-da yaşayır.

Məhkəmə prosesinin yanvarın 13-də davam etdiriləcəyi gözlənilir.

Modern.az
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi