“Aparıcı Sevinc Səfərova, rejissor Sevinc Məmmədova cəzalandırılıb və baş verənlərə görə tamaşaçılardan üzr istəyirik”.
Bunu Modern.az-a açıqlamasında “Xəzər” televiziyasının sözçüsü Aqşin Kamal bildirib.O qeyd edib ki, bu gün “Xəzər” televiziyasında yayımlanan “Hər şey daxil” verilişində arzuolunmaz hal baş verib: “Belə ki, aparıcı ifa etdiyi “Borc ver” mahnısının təsirində qalaraq ifasını səhnələşdirmək istəyib və bu zaman qeyri-ixtiyari milli valyutamız olan manatı cırıb. Məsələ ilə bağlı “Xəzər” televiziyası rəhbərliyi dərhal toplantı keçirmiş və bu addım qətiyyətlə pislənilib və əməkdaşlar cəzalandırılıb”.
Yanvarın 23-də Xəzər televiziyasında yayımlanan “Hər şey daxil” verlişində Azərbaycanın milli valyutasını təhqir edən hərkətə yol verilib. Aparıcılar, gənc müğənnilər - Sevil-Sevinc bacıları verilişin gedişatı zamanı mahnı ifa etməyə başlayır və bu zaman Azərbaycan manatına qarşı hörmətsizlik edirlər.
Belə ki, bacılardan biri kadr arxasından verilən Azərbaycan manatını alaraq, digərinə ötürür. Həmin bacı isə mahnı oxuya-oxuya manatı cırmağa başlayır.
Gülşən RAUFQIZI