Modern.az

Müğənni Elnarə: “Mən bəzi telekanalların zibilxanaya bənzədiyini demişəm”

Müğənni Elnarə: “Mən bəzi telekanalların zibilxanaya bənzədiyini demişəm”

Media

8 Aprel 2015, 12:59


Müğənni Elnarə Xəlilova telekanallar haqqında olan fikrinə aydınlıq gətirib. Modern.az-ın məlumatına görə, E.Xəlilova bununla bağlı deyib:

“Bizim çox gözəl televiziya dəyrlərimiz var. Mən Azərbaycan televiziyasını təhqir etməmişəm. Mən bəzi telekanalların zibilxanaya bənzədiyini demişəm. Çünki efirlərə kimlər gəldi çıxır, ağızlarına nə gəldi danışırlar. Mənim etirazım televiziya  kanallarına çıxan insanlara deyil, mənim etirazım onları efirə buraxan televizya kanallarının rəhbərlərinədir.  Bir sıravi tamaşaçı kimi telekanal rəhbərlərinə müraciət edirəm. Mən onlardan umuram. Mən normal efir umuram. Normal efir tələb edirəm. Müğənni kimi yox, üç uşaq anası kimi övladlarımın televiziya kanalları vasitəsilə tərbiyələrinin pozulmasının əlyehinəyəm. Bəsdirin insanların əsəbləri ilə oynadınız! Mən niyə övladlarımı öz telekallarımızdan qorumalıyam? Milli Televiziya və Radio Şurasından (MTRŞ) artıq dərəcədə xahiş edirəm ki, efirlərdə səslənən müraciətlər, ismarıclar, söyüşlər və təhqirlərə diqqət etsin. Bəzi aparıcılar qonaqları ağladana kimi alçaldır və təhqir edir. Bunlar haqqında  ölçü götürüləcək, ya yox?”.

Modern.az   

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi