Bu gündən etibarən Xoşqədəm Hidayətqızı “Sən tək deyilsən” verilişini tək aparacaq.
Bu barədə Modern.az saytına Elgiz Əkbər məlumat verib.
Onun sözlərinə görə, “Sən tək deyilsən” verilişinin yeganə aparıcısı Xoşqədəm Hidayətqızı olacaq: “Bu veriliş mənim deyil. Sadəcə olaraq dünən Xoşqədəm xanımla birgə aparıcılıq etdik. Amma mən tamamilə başqa yeni layihə ilə ekranlara qayıdacağam. Yeni layihəm gündəlik efirdə olacaq. Əziz tamaşaçılarım gözləsinlər. Hələlik isə 2-3 gün istirahət edirəm”.
Elgiz Əkbər tamaşaçılarına təşəkkür edib:
“Bu gün dünənki efirlə bağlı xeyli təbriklər almışam. Məni salamlayan, öz fikirlərini yazan tamaşaçılarıma dərin təşəkkürümü bildirirəm. Amma dünənki efiri qısqanan tamaşaçılarım da oldu. “Adam içində”nin tamaşaçıları verilişin bağlanmasını böyük təlaşla qarşılayıblar. Hətta göz yaşlarını saxlaya bilməyənlər olub. “Adam içində” verilişinin daimi tamaşaçılarına məni sevdiklərinə görə demək istəyirəm ki, var olun. Təbii ki, onların gözlərini çox intizarda qoymayacağam. Həmişə mənim tək veriliş aparmağıma öyrəşiblər. Bundan sonra da elə olacaq. Gözləsinlər”.
Xoşqədəm Hidayətqızının aparıcılığı ilə yayımlanan "Axtarıram səni" verilişi də həftənin bazar günü saat 22:00-da yayımına davam edəcək.
Sevinc Yasinqızı