Modern.az

ANS-lə ATV-nin jurnalistləri “kəllə-kəlləyə” gəldilər - QALMAQAL

ANS-lə ATV-nin jurnalistləri “kəllə-kəlləyə” gəldilər - QALMAQAL

Media

22 May 2015, 10:46


ANS TV ilə ATV arasında dünəndən başlayan qalmaqal işçilər səviyyəsində bir-birinə qarşılıqlı tənqid və təhqirlərlə davam edir.
Modern.az-ın məlumatına görə, qalmaqal ANS-in “Xəbərçi”də ATV-nin aparıcısı Mətanət Əliverdiyeva barəsində dünən yayımladığı süjetlərdən sonra qızışıb.

Xatırladaq ki, Mətanət Əliverdiyeva ATV-nin efirində yayımlanan “Gündəlik” verilişində Bakının Binəqədi rayonunda baş vermiş yanğın hadisəsi bardədə dedikləri ilə ciddi qınaq obyekti olub. Belə ki, onun efirdən çoxsaylı insan itkisilə nəticələnmiş həmin hadisəni faciələşdirməmək haqda çağırışı aparıcını pis vəziyyətə salıb.

Və sosial şəbəkələrdə, internet saytlarda M.Əliverdiyava ciddi tənqidlərlə üzləşib.

Bunun ardından ANS  TV də Mətanət Əliverdiyeva (o, əvvəllər ANS-də çalışıb) haqqında iki süjet hazırlayaraq onu, necə deyərlər “yıxıb-sürüyüb”. ANS-in Xəbərlər Departamentinin əməkdaşı, tanınmış telejurnalist Ləman Ələşrəfqızı hazırladığı süjetdə faciə qurbanları haqda “külək apardı” deyən Mətanət Əliverdiyevanın davranışını təhlil edib və onu üzr istəməyə, televiziyadan üzüsulu getməyə şağırıb.

Daha sonra sosial şəbəkələrdə iki telekanalın əməkdaşları bir-birlərinin ünvanına qarşılıqlı ittihamlar irəli sürüblər. ATV-nin aparıcısı İlkin Həsəniyə cavab verib.

ATV-nin aparıcılarından olan, “Bozbash piktures” komediya serialının iştirakçısı İlkin Həsəni ANS-in Mətəanət Əliverdiyeva haqda süjetinə cavab olaraq Facebook-da bunları bildirib: "14 ildir TV-də işləyirəm, bu 14 ildə çox şey gördüm, amma bir telekanalın digərinə qarşı etdiyi belə bir ŞƏRƏFSİZLİYİ görmədim! Bəs hanı sizin jurnalist həmrəyliyiniz, hanı dəqiqliyiniz, qərəzsizliyiniz? Başa düşürəm TV adlandırdığınız o konslagerinizdə bəzi işçilərinizin qədrini bilmədiniz, onlar ATV-yə gəldi, hörmət, azadlıq və  yüksək maaş gördü, amma belə etməməli idiniz! Bu gün siz, rəsmən ATV kanalına efir müharibəsi elan etdiz! OK, olsun!".

ANS-in əməkdaşı Ləman Ələşrəfqızı isə İlkin Həsəniyə bu gün sosial şəbəkədə cavab verib:

"Səhər-səhər qanımı qaraltmaq istəmirəm. Şəmiyə-Şöşüyə baş qoşmaq niyyətim yoxdu. Getsin, bozbaşını bişirsin! Mən sözümü dedim. Əks-hücum da başa düşüləndir. İşinizdə olun".

A.Qorxmaz

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi