I Avropa Oyunları ilə bağlı Azərbaycana gələn Fransa, Rusiya və Ukraynadan olan jurnalistlərlə açılış mərasimindən sonra təəssütarlarını Modern.az saytının əməkdaşı ilə bölüşüblər.
Açılış mərasiminə toxunan əcnəbi jurnalistlər bundan heyrətləndiklərini gizlətməyiblər. Əcnəbi jurnalistlər birmənalı şəkildə bildiriblər ki, Azərbaycanı bu şəkildə təsəvvür etmirmişlər:“Açığı Azərbaycana ezam olunanda düşünürdük ki, geridə qalan bir ölkəyə gedirik. Amma təəssüratlarımız bizim bu düşüncələri tamamilə dəyişdi. Bilirsiniz, bizi heyrətləndirən nədir, sizin ölkəniz nə Avropadır, nə Şərqdir, nə Asiyadır.
Elə oyunların açılışı da bunu sübut etdi. Azərbaycan elə Azərbaycandır. Coğrafi baxımdan ölkəniz o qədər də böyük olmasa da, sanki Avropanın, Şərqin, Asiyanın bütün elementlərini özündə cəmləşdirib.
Azərbaycan bir dünyadır. Özü də bu özünü tək Birinci Avropa Oyunlarının açılışında göstərmədi.
Qonaqlara münasibət, şəhərinizin gözəlliyi, mədəniyyətinizin səviyyəsi bizi heyran etdi. Azərbaycanı heç zaman unuda bilməyəcəyik”. Əcnəbi jurnalislərlə geniş müsahibələr saytımızda yerləşdiriləcək.
Vüqar İSMAYILOV