Modern.az

Deputatın xanımı: “Bütün rayonlara getmişəm...”

Deputatın xanımı: “Bütün rayonlara getmişəm...”

Media

18 İyun 2015, 16:51

Səyahət etmək, yeni məkanlar tanımaq hər kəsin istəyidir. Lakin bu arzunu reallaşdırmaq heç də hər zaman mümkün olmur. İstər maddi, istərsə də digər səbəblərdən bu arzu reallaşmır. Səyahətə vaxt tapan insanların əksəriyyəti xaricə gedir, bəziləri isə Azərbaycanın bölgələrindəki istirahət məkanlarına getməklə kifayətlənirlər. Ümumiyyətlə, bu gün Azərbaycanda az sayda adam tapılar ki, bütün rayonlarımıza gedib təbiətdən, gözəlliklərdən zövq alsın. Amma tanınmış mərhum şair Məmməd Arazın qızı, yazıçı-jurnalist, deputat Aqil Abbasın həyat yoldaşı, “Ədalət” qəzetinin baş redaktoru İradə Tuncay buna nail olub. O, Zəngilan və Qubadlıdan başqa Azərbaycanın bütün rayonlarında səfərlərdə olduğunu qeyd edib.

İradə Tuncay Modern.az-a deyib ki, səyahət etmək həvəsi gənclik illərindən formalaşıb: “Mümkün olduqca həm ölkə daxilinə, həm də xaricə səfərlərim olub. Uşaqlıqda səyahəti sevmirdim. Həmyaşıdlarımla qalıb şəhərdə asfaltın üstündə oynamaq istəyirdim. Məni dağa-daşa aparanda xoşum gəlmirdi. Səyahət həvəsi böyüdükdən sonra yarandı. Birdən-birə ağlıma gəldi ki, Azərbaycanın iki rayonu istisna olmaqla bütün bölgələrində olmuşam”.

Səyahət etməyin həyat tərzi olduğunu qeyd edən İradə Tuncay ekzotik ölkələrdə olmağı arzulayıb:

“Həvəsim var idi ki, xəritəni qarşıma qoyub ölkələrə nəzər yetirim. Əzbər bilirdim ki, hansı ölkə haradadır, paytaxtı hansı şəhərdir, hansı çayları, gölləri var. Həmişə də fikirləşirdim ki, görəsən, ekzotik ölkələrin hansındasa ola biləcəyəmmi? Məsələn, mart ayında Sinqapurda oldum. Yeniliklər, iqlimcə, simaca fərqli insanları görmək, onların nə ilə nəfəs aldıqlarını öyrənmək istəyi səyahət etmək həvəsi yaradır. Keçmişdə səyyahlar yeni torpaqlar kəşf edirdilər. Yeni səyyahlar isə nəsə yeni fikir yaradırlar”.

İradə Tuncay səyahətlərinin hələ ki Avrasiya materikinə olduğunu vurğulayıb:

“Afrika, Amerika, Avstraliyada olmamışam. Hələ ki Avrasiya materikini özüm üçüm kəşf edirəm”.

Yazıçı olduğu məkanlarda azərbaycanlılara tez-tez rast gəldiyini də qeyd edib:

“Xarici səfərlərdə azərbaycanlılara çox rast gəlirəm. Kurort yerlərində əksəriyyət azərbaycanlılardır. Bu isə ölkədə inkişafın, rifahın göstəricisidir. Başqa millətləri -erməni, gürcü görməzsən. Amma azərbaycanlılar hər yerdə üstündürlər”.

Aytən ƏLİYEVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi