Modern.az

Məmməd Nazimoğlunun GÜLMƏCƏLƏRİ: Şəkidə “həbilə-həbilə” işlər...

Məmməd Nazimoğlunun GÜLMƏCƏLƏRİ: Şəkidə “həbilə-həbilə” işlər...

6 İyul 2015, 10:21

Quşları təkqanad uçan şəhərdən reportaj

Müstəqil Azərbaycan jurnalistikasının ən parlaq, eyni zamanda əvəzolunmaz simalarından biri Məmməd Nazimoğlunun bu dünyadan köçdüyü gündür. Məmmədin başının üstünü vaxtsız ölüm kəsdirib onu bu dünyadan aparsa da, sağlığında yazdığı duzlu-məzəli əsərlər, bəli məhz əsərlər həmişə oxunaqlıdır. Modern.az saytı onun illər öncə yazdığı bir yazısını oxuculara təqdim edir.

Bu yazı Məmmədin AMİP-in o vaxtkı tanınmış simalarından biri Nazim İmanovla Şəkiyə səfərindən sonra qələmə alınıb.

***

Hadisələr vaqe olur Şəki şəhərində. Şəki nə Şəki! Dağ deyirsən, Şəkidə. Bağ deyirsən, Şəkidə. Demokratiya deyirsən, Şəkidə. Adamın dalına vedrə bağlamaq deyirsən, o da Şəkidə. İndinin indisində də Şəkiyə gedəndə it oynadan dost-tanış deyir: sağ get, salamat qayıt! Şəki dünyada yeganə şəhərdir ki, burada quşlar təkqanad uçur...

Budur, mən də Şəkidəyəm. Çayxanaların birində arxası divara əyləşib çayniki beş yüz manata olan çaydan hörtdədirəm. O biri stollarda şəkililər əyləşiblər və şəkicə gap edirlər.

(Xahiş olunur yazını oxuyarkən sözlərin axırındakı “ə”, “a”, “x”, “u” hərflərini uzadasınız-tərcüməçidən).

Birinci şəkili :

- Gözün aydın, a Rafiq, diillər səən işdən çıxartdılar.

İkinci şəkili:

- Başaa gəlsin, saa da bir gözaydınlığı verax.

Birinci şəkili:

- Ə, bə işə girəndə pul verməmuşdun?

İkinci şəkili:

- Ə, bə pul versaydim məən işdən çıxara bilərdilər? Dədələrinə od vurardım.

Başqa şəkili:

- Allahın veritdi, gə qoşul müxalifətə... İqtidar repressiyaya uğradıtdı da, səən də...

Müsavatçı şəkili:

- Oxuduz da, İsa bəy Bozqurdçulara məslaat görütdü ki, aktivləşsinlər...

Bozqurdçu şəkili:

- Ə nətəri aktivləşək? Detdom cücəsinə dönmüşux. Sədr türmədə, baş katib türmədə... Haindi gəl aktivləş...

Müsavatçı şəkili:

- Eşitduz da, İsa bəy də iqtidarı dərvadağın dağədıtdı (demək istəyir ki, İsa bəy iqtidarı darmadağın edib-tərcümə müəllifindir).

AMİP-çi şəkili:

- Dağıtmağına dağıdıtdı ey... Haindi sənməən bir sualıma cavab ver görax, 92-də İsa Qəmbər niyə parlamenti buraxmadı? Etibar bəy neçə dəfədən dedi ki, ay İsa, gəl bu parlamenti burax, dağılışıf təzdən düzülüşax... Səbəbini biirsən?

Müsavatçı şəkili:

- Biirsən, İsa bəy çox ölçüf-biçən adamdı... O vaxt tək qalmışdı axı... Haindi mən çox şeyi diyə bilmirəm: pis-yaxşı indi hamımız bilirux daa...

AMİP-çi şəkili:

- Di da.. niyə dimirsən ki? İsa bəy o vaxtı ambisiyasının qurbanı oldu... Heylədi, heylə döyül? Etibar bəy dəfələrlə dedi... Ha bu Nazim bəy var ha, bu biirsən nə kadrdı... Ə, ay İsa, ay Əbülfəz, dartın aparın işləsin də... Siyasətçi döörsüz, heç olmasa bijduğunuz olsun daa...

Bozqurdçu şəkili:

- Bizim uşaxlardan birini tutuflar, geem ona yimax aparım...

Sıravi şəkili:

- Nağayrıtdı ə, u səvi, niyə tutufdula?

Bozqurdçu şəkili:

- Söyüş eliyitdi...

Sıravi şəkili:

- Kimi söyütdü ə?

Bozqurdçu şəkili:

- Haindi kimi söyəllər?

Sıravi şəkili:

- Hindi söyüf-söyüf də...

AXCP-çi şəkili:

- A bəy, hindi söyüş mübarizə üsulu döyül də...

Bozqurdçu şəkili:

- Ə nağayrısın? Beyni qızıtdımış da...

Bizimkilərin başının yarısı işdəmir axı...

Bizimkilər əlli fayizə işdiyir...


Sıravi şəkili:

- Bə bu səvi nə yiyif-içir orda?..

Bozqurdçu şəkili:

- Pomidor-badımcan dolması bişitdirmişəm... sveyi xiyar, göy-göərti...

Sıravi şəkili:

- Ə nə yaxşıdı ə ora... sən öl hələ mən pomidor-badımcan dolması nüyvəl eləməmişəm...

Digər bozqurdçu:

- Yeri-yurdu da yaxşı olmalıdı... Kepezeni cəbhənin vaxtında özüm tikdirmişəm. Diirdim, Həbibulla bəy, buranı yaxşı tikək... işdər belə getsə haburda özümüz yatasiyix...

AMİP-çi şəkili:

- Habu Nazim bəy nooldu ə? İcazə verməsələr gərax mitinq eliyax...

Bozqurdçu şəkili:

- Ə bəs Əşrəf xanı tanımırsan? Sürtə-sürtə durasıdı...

Cavan bozqurdçu:

- Məə ləzət eliyən Əşrəf əmidi... Kişi sözünü açıx diir. Diirkin qeyri-legitim iqtidardan icazə alasıyam? Əşrəf əminin canıın yiyim...

Digər  bozqurdçu:

- Habu YAP-çılar gözuma dəymir... Başdarına iş-zad gələr, bilmərux...

Sıravi şəkili:

- Azpetrolun açılışına hazırlaşırlar... Əşrəf müəllim də ordadı...

Yaşlı bir şəkili:

- Sən dədaan goru, görsənməsələr yaxşıdı... Onları görəndə elə bil ciyimin oynaşını gööram...

Müsavatçı şəkili:

- A bəy, bir az də səbr elə... axırrarına az qaatdı... Habuların işdəri canadı...

ADP-çi şəkili:

- Nə yığıf aparıtdılarsa, hamısını itqusdu eliyig gətizdirəsiyik...

(Bu vaxt polis bölməsinin qarşısında şüşə cingiltisi eşidilir).

Müsavatçı, AXCP-çı və AMİP-çi şəkililər birdən:

- Sən ölmüyəsən, dəəsən polis təxribata keçitdi...

Bozqurdçu şəkili:

- Hindi bu polisə diyən gərək, səən nə işəə qalıtdı...

Sıravi şəkili:

- Haindi una da əmr eliyitdilər də... Nağayrsın? Bir loxma əppəkdən ötrü hamımız boğaz olmuşuq...

Bozqurdçu şəkili:

- Helə əmr eliyitdilər, u da gəlsin yavacca itələsin, da niyə aparıf döyür ki?...

AMİP-çi şəkili:

- İncəvara, hələ heç kimi döymüyütdülər... Siyasi zəmində diirəm ha...

ADP-çi şəkili:

- Ə döyüf nağarasıdılar ey?...

Belə qalmıcax ki... Büyünün savahı da var da...

Siyasi mənsubiyyəti bilinməyən, amma siyasətlə məşğul olduğu güman edilən şəkili:

- Orda kişinin şəklinə baxmusunuz? Haindi ayaqüstə şəkli diirəm ey?.. Əlinə baxmusuuz? Əl qıpqırmızı qanın içindədi...

AXCP-çi şəkili:

- Ağzaa gələni danışma...

Naməlum şəkili:

- Qorxusu-zadı yoxdu... uuun çəkən rəssam ölütdü... daaa bular u dünyaya da barmaq eliyəsi döyüllər ki...

AMİP-çi şəkili:

- Habu Nazim bəy nooldu ə? Sən ölmüyəsən, vaxt daraldı ə...

Sıravi şəkili:

- Əşrəf müəllimi tanımırsan? Yəqin sürtüf hələ qurtarmıyıtdı da...

Bozqurdçu şəkili:

- Ə, didim ağzıı yaxalayıf Əşrəf xan dinən də...

Bu vaxt kimsə o tərəfdən qışqırır ki, “verdilər, verdilər”.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi