Modern.az

Elçın Şıxlı izahlı lüğət üzərində işləyir

Elçın Şıxlı izahlı lüğət üzərində işləyir

Media

9 İyul 2015, 20:38


2014-cü il avqustun 27-də bağlanan “Ayna” və “Zerkalo” qəzetlərinin baş redaktoru Elçin Şıxlı Modern.az saytına gördüyü işlərdən danışıb.

O, hazırda lüğət tərtib etdiyini bildirib:  

“Jurnalistika terminləri izahlı lüğətinin üzərində işləyirəm. Artıq 2 aydır ki, bu lüğətlə məşğulam. Lüğətin nə vaxt bitməsi tək məndən asılı deyil. Mənim tərəfimdən təxmini olaraq işin bitməsi 1 ay çəkəcək. Amma onun tam ərsiyə gəlməsi üçün xeyli vaxt lazımdır. Çünki bu tələsik görüləsi iş deyil.

Bu elmi iş kimi bir işdir. Lüğəti dəfələrlə yoxlayıb redaktə etmək lazımdır. Bir sözlə proses uzun çəkir.

Bu iş bitdikdən sonra daha bir lüğət üzərində işləmək istəyirəm. Bəzi müəyyən tərcümələr var. Bəlkə onlarla da məşğul oldum.  

Mən 70-ci illərdən tərcümələrlə məşğulam. Elə ona görə də 1989-cü ildə Yazıçılar İttifaqının üzvü olmuşam. İki tərcümə kitabı çıxıb, bir sıra jurnal və dərgilərdə tərcümlərim çıxıb. İngilis, rus və türk dilindən olan tərcümələrim var”.

Sevinc Yasinqızı  

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi