Modern.az

Prezidentin mükafatlandırdığı jurnalistlər: “Çəkdiyin əziyyətin mənasız olmadığını anlayırsan”

Prezidentin mükafatlandırdığı jurnalistlər: “Çəkdiyin əziyyətin mənasız  olmadığını anlayırsan”

21 İyul 2015, 14:32


Azərbaycan prezidenti İlham Əliyev Mili Mətbuatın 140 illik yubileyi münasibəti ilə mətbuat nümayəndələrini fəxri adlarla təltif edib.

Modern.az saytı fəxri ad almış bir sıra mətbuat nümayəndəsinin onlqra göstərilən bu etimadı necə qoruyub saxlayacaqları ilə bağlı fikrilərini öyrənib.

“Əməkdar jurnalist” adına layiq görülən “Kaspi” qəzetinin baş redaktoru İlham Quliyev:

“Bu mükafatı 17 illik zəhmətimin rəsmi səviyyədə qiymətlədirilməsi kimi qəbul edirəm. Jurnalistika bizim həyat tərzimizidir. Özümüzü bu işə həsr etmişik. Mən bu peşəni çox sevirəm. Həmişə də vicdanlı, peşəkar olmağa, dövlətimizin maraqlarını nəzərə almağa çalışmışam. Hesab edirəm ki, bu etimad bizim daha da məsuliyyətli olmağımıza, işimizi daha çox sevməyimizə səbəb olacaq. Daha şövqlə işləyib, daha məhsuldar olmağa çalışacağıq”.

“Tərəqqi” medalı ilə təltif olunan, “Report” İnformasiya Agentliyinin əməkdaşı İmdad Əlizadə:

“Mükafatlandırıldığıma görə çox sevincliyəm. Milli Mətbuatın 140 illik yubileyi münasibətilə məni "Tərəqqi" medalı ilə təltif etdiyinə görə cənab prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm. Bu, mənim üçün çox böyük mükafatdır. Jurnalist kimi fəaliyyətim dövründə bu ada layiq olmağa çalışacam. Hesab edirəm ki, təltif olunmaq bir insanın əməyinə verilən qiymətdir, dəyərdir. Mənim əməyimin belə qiymətləndirilməsi mənə əlavə stimul verir. Azərbaycanda jurnalistlərə, jurnalistikaya yüksək qiymət verilməsi ənənə halını alıb. Cənab prezident İlham Əliyevin jurnalistlərin, jurnalistikanın sosial-iqtisadi, maliyyə-texniki, yaradıcılıq problemlərinin həllini daim diqqət mərkəzində saxlaması, Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dəstək Fondunun yaradılması, qəzetlərə maliyyə yardımının ayrılması, jurnalistlər üçün bir binanın tikilib istifadəyə verilməsi, yeni bir binanın inşasının davam etməsi, yubiley illərində jurnalistlərin təltif olunması, səhhətində problemlər olan jurnalistlərin müalicəsinin dövlət hesabına aparılması və s. buna bariz nümunədir. Cənab prezident İlham Əliyevə, onun rəhbərliyi ilə həyata keçirilən bu siyasətdə əməyi olan hər kəsə təşəkkür edirəm. Mükafat almaq gözəl hissdir. İki gündür dostlar, qohumlar yazır, zəng edib xoş sözlər deyirlər, sevinclərini bölüşürlər. İllərdir üzünü görmədiyim, səsini eşitmədiyim insanlar yada salırlar. Bu da çox gözəl hissdir, insanın yaddaşında qalan anlardır. Hamıya təşəkkür edirəm”.

“Əməkdar jurnalist”adına layiq görülən, “Milli Məclis” jurnalının baş redaktoru Ülviyyə Abdullayeva:

“Prezidentimizə və dövlətimizə bizə verdiyi dəstəyə və bu yüksək ada görə təşəkkür edirəm. Mən həmişə dövlətimə və prezidentimə sadiq olmuşam. Jurnalistik fəaliyyətimi də bu prinsiplər üzərində qurmuşam. Prezident İlham Əliyevin bizə verdiyi bu qiymət, məni bu şəxsi ada layiq görməsi mənim üçün fəxrdir. Mən gələcəkdə də bu yöndə fəaliyyətimi quracam”.

“Tərəqqi” medalı təltif olunan, Bakı Dövlət Universitetinin mətbuat və informasiya şöbəsinin müdiri Pərvanə İbrahimova:

“Bakı Dövlət Universitetinin Quba rayonundakı Tədris-Təcrübvə və İstirahət Mərkəzində idim. Jurnalist dostlarımdan biri zəng eləyib mənə xoş bir xəbər verdi. Onda bildim ki, cənab prezident İlham Əliyevin sərəncamına əsasən, Milli Mətbuatımızın 140 illik yubileyi münasibətilə təltif olunanlar sırasında mən də varam. Düzü, nə ilə təltif olunduğumu bilmirdim. Bu, həyacanımı xeyli artırdı. Sonradan adımı “Tərəqq” medalı alanlar arasında görüb çox sevindim. Bunu tək özümün yox, illərdən bəri fəlaiyyət göstərdiyim doğma Bakı Dövlət Universitetimizin də uğuru hesab edirəm. Universitetdən əvvəl çalışdığım mətbuat orqanları mənim jurnalist fəaliyyətimin ilk addımları idisə, Bakı Dövlət Universitetinin peşəkər yaradıcılığımda əvəzsiz rolu oldu. Qubadan Bakıya çatana qədər bu uğura sevinən nə qədər dostlarım oldu. İş yoldaşlarımın, həmkarlarımın, tələbə yoldaşlarımın, ailə üzvlərimin təbrikləri yağış kimi yağmağa başladı. Adamlar mənə zəng etdikcə, elə bil hamı ilə təzədən tanış olurdum. Onların xoş sözlərini öz sevinc hissimə qatıb həyatın nə qədər gözəl olduğu bir daha anladım. Həyat o zaman gözəl olur ki, insana, sənətə, yaradıcılığa dəyər verilir və bu günə kimi çəkdiyin əziyyətlərin boş bir şey olmadığını anlayırsan. Çox gözəl hissdir. Çoxdandı belə sevinməmişdim. Bu sevinc hissi bizə - doğmalarıma, yaxınlarıma, övladlarıma yaşadığına görə cənab prezident İlham Əliyevə sonsuz təşəkkürümü bildirirəm”.

“Tərəqqi” medalı ilə təltif olunan yazıçı, publisist Əkbər Qoşalı:

“Prezident İlham Əliyeva məni medala layiq gördüyünə görə təşəkkür edirəm. Əlbəttə prezidentimiz bu medala layiq görməklə bizim üzərimizə yalnız şan-şöhrət yox, bəlkə də onun qədər də məsuliyyət qoyur. Biz onun fərqindəyik. Hesab edirəm ki, hər biz yazar prezidentin ona qarşı olan bu etimadını ilk növbədə öz vətəndaş məsuliyyətini, mənsub olduğu ölkənin problemlərinə və uğurlarına necə bir münasibət bəsləməklə göstərə bilər.
Heç şübhəsiz ki, 140 yaşını qeyd etdiyimiz mili mətbuatımızın dünəni, bu günü və sabahını hər birimiz öz yaddaşımızdan keçirərək üzərimizə düşən vəzifələri bir daha fərqində ola bilərik”.

SEVİNC YASİNQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər