Modern.az

Fəxri ad alan jurnalistlərə görə büdcədən ayda 3660 manat xərclənəcək

Fəxri ad alan jurnalistlərə görə büdcədən ayda 3660 manat xərclənəcək

22 İyul 2015, 22:57


Azərbaycan Milli Mətbuatının 140 illik yubileyi ilə əlaqədar 61 jurnalistə fəxri adlar verildi. Bu gün isə fəxri adların döş nişanları qələm sahiblərinə təqdim olundu.

Ölkə prezidentin sərəncamı ilə KİV nümayəndələrindən 44 nəfər “Əməkdar journalist”, 17 nəfər isə “Əməkdar mədəniyyət işçisi” fəxri adı aldı.

Modern.az saytı xəbər verir ki, “Şəffaflıq Azərbaycan” təşkilatının məlumatına görə, 61 jurnalistin fəxri adlara görə təqaüdü dövlət büdcəsinə ayda 3660 manata başa gələcək.
Qeyd edək ki, Azərbaycanda “Əməkdar” fəxri adı üçün 60 manat təqaüd müəyyən edilib. (“Xalq” fəxri adı üçün təqaüdün məbləği 100 manatdır).

İyulda daha 2 jurnalistə prezidentin fərdi təqaüdü kəsilib. Bu təqaüdün məbləği 1000 manatdır. İki yeni fərdi təqaüdçü üçün büdcədən ayda 2000 manat ödənəcək.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi