Modern.az

“Qarabağ tv” yaradılması niyyətimdən geri çəkilməyəcəm”

“Qarabağ tv” yaradılması niyyətimdən geri çəkilməyəcəm”

Media

20 Avqust 2015, 12:41


“Mən irəli sürdüyüm təklifi reallaşdırmaq üçün əlimdən gələni etməyə hazıram. Amma Milli Televiziya və Radio Şurası bu istəyimə müsbət cavab vermədi”.

Bunu Modern.az saytına bir müddət əvvəl “Qarabağ tv” yaradılması təklifi ilə çıxış edən deputat Flora Qasımova bildirib.

O deyib ki, qurumun bu reaksiyası onu məyus edib: “Türkiyədə olanda qurumun təklifimə reaksiyasını mətbuatdan oxudum. Onlar əsas olaraq Azad Azərbaycan teleşirkətinin “CBC” kanalının olmasını əsas gətiriblər. Amma məsələ burasındadır ki, mən Qarabağa aid ayrıca kanalın yaradılmasını təklif edirəm.

Nuşirəvan Məhərrəmlinin rəhbərlik etdiyi qurumun bu açıqlaması mənim bir az geri çəkilməyimə səbəb oldu. Gözləyirdim ki, məni dəstəkləyənlərin başında məhz Milli Televiziya və Radio Şurası gələcək. Amma olmadı”.  

Flora Qasımova bu istiqamətdə işləri davam etdirəcəyini də vurğulayıb: “Nəzərdə tutduğum iki məsələdən biri məhz budur. Növbəti parlament seçkilərindən sonra deputat seçilərəmsə, mütləq bu televiziyanın yaradılmasına çalışacağam. Yaşlı ermənilər azərbaycanca bilir və bizim kanalları rahatlıqla izləyib məlumat ala bilirlər.

Mənim istəyim indi yetişməkdə olan ermənilər üçün nəzərdə tutulmuş kanaladır. Necə ki ermənilər öz “həqiqət”lərini azərbaycanca yayır, biz niyə bunu etməyək?! Biz təbliğatımızı onların öz dilində  çatdırmalıyıq.

Gülşən RAUFQIZI

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi