Modern.az

Akif Aşırlıdan seçki AÇIQLAMASI

Akif Aşırlıdan seçki AÇIQLAMASI

Media

18 Sentyabr 2015, 21:05

Doğulduğu Qazax rayonundan iki dəfə parlament seçkisinə qatılan «Şərq» qəzetinin baş redaktoru, jurnalistika tarixi üzrə araşdırmaçı Akif Aşırlının bu dəfə  seçkiyə qatılıb-qatılmayacağı məlum deyil.
Modern.az saytının bu barədə sualına cavab olaraq Akif Aşırlı bildirib ki, parlament seçkisinə qatılmaqda qəti qərar verməyib:

«Sonuncu dəfə 2005-ci ildə Qazaxdan seçkiyə qatılmışam. Azərbaycanın böyük şairi, maraqlı insan Vaqif Səmədoğlu ilə alternativ olmuşam. Bir-birinə hörmət əsasında keçirilən bu mübarizədə Vaqif Səmədoğlu seçilsə də, böyük səs üstünlüyü qazanmışam. Həmin vaxt keçirilən «exit-poll»un nəticələri «Yeni Azərbaycan» qəzetində də dərc olunub. Vaqif Səmədoğlu ilə mənim aramda cəmi 12 faiz səs fərqi vardı. Ötən seçkilərə isə qatılmadım».

Müstəqil namizəd kimi yenidən seçkiyə qatılmaq istəyini gizlətməyən A.Aşırlı qeyd edib ki, bu gərək ölçülüb-biçilsin, dəqiq qərar vermək imkanı olsun. YAP-ın Qazaxdan irəli sürdyü Əhmədov Zeynal Akif oğlunu yaxşı tanıdığını qeyd edən baş redaktor deyib:

«Əslən bir kənddənik, hörmətim var, neft bazasının müdiridir. YAP onun namizədliyini irəli sürsə də, o dairədən müstəqil bir şəxsin dəstəklənəcəyi gözlənilir».

A.Aşırlı deyib ki, Qazaxdan dəstəklənəcək müstəqil namizədin gərək əhali arasında da hörməti olsun, ölkə miqyasında tanınsın:

«Bir də ki, Qazaxdan həmişə yazıçı, şair, qələm adamları parlamentə seçilib.  Çünki bu bölgə qələm insanlarına inanır, biznesmenə yox».

Aşırlı deyib ki, heç bir müdaxilə olmadan, böyük vəsait xərcləmədən seçicilərin səsini qazanmaq imkanı var: «Amma dediyim kimi, bunun üçün dəqiq qərar verilməsinə ehtiyac var. İnanıram ki, bu qərar olacaq».

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi