Modern.az

Prezident AzTV-nin sədr müavinini işdən çıxardı - SƏRƏNCAM

Prezident AzTV-nin sədr müavinini işdən çıxardı - SƏRƏNCAM

23 Sentyabr 2015, 17:11

Prezident İlham Əliyev İbrahim Məmməd oğlu Məmmədovu “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti sədrinin müavini vəzifəsindən azad edib.

Modern.az saytı xəbər verir ki, ölkə başçısı bununla bağlı sərəncam imzalayıb. 

Modern.az-ın məlumatına görə, İbrahim Məmmədov 16 iyul 1964-cü ildə Zərdab rayonunda anadan olub. Bir müddət burada yaşadıqdan sonra ailəsi ilə birlikdə Göyçay rayonuna köçüb. Orta məktəbi Göyçayda bitirdikdən sonra N.Tusi adına Pedoqoji Universitetdə təhsil alıb.

İ.Məmmədov əvvəllər "Azadlıq" qəzetində, "Space" və ANS telekanallarında çalışıb.

2006-cı ildən Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətində işləyib. Əvvəlcə İctimai-siyasi proqramlar baş redaksiyasının baş redaktoru, 2012-ci ilin fevralında isə sədr müavini vəzifəsində çalışıb.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi