Modern.az

İbrahim Məmmədov yeni iş yerinə gəldi

İbrahim Məmmədov yeni iş yerinə gəldi

Media

28 Sentyabr 2015, 17:12


Ötən həftə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini vəzifəsindən azad edilən və həmin vaxt da yeni vəzifə təyinatı alan jurnalist İbrahim Məmmədov artıq təzə iş yerinə gəlib.

“Region” TV-də Sosial-Analitik Məsələlər üzrə sədr müavini vəzifəsinə gətirilən İbrahim Məmmədov Modern.az-a açıqlamasında hazırda iş başında olduğunu və rəhbərliklə müzakirələr apardığını qeyd edib.

Xatırladaq ki, “Region” TV televiziya kanalı müstəqil regional telekanallar – Kəpəz TV (Gəncə),  RTV (Xaçmaz), CTV (Lənkəran), EL TV (Yevlax), Kanal S (Şəki) və TTV-nin (Tovuz) birgə yaratdığı Azərbaycanın ilk televiziya şəbəkəsidir. 

“Region” TV 2014-cü ilin ortalarından Bakıda yayıma başlayıb.

Aytən ZƏHRA

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI