Modern.az

“Report” 1 yaşını tamamladı

“Report” 1 yaşını tamamladı

Media

27 Oktyabr 2015, 09:32


Bu gün “Report” İnformasiya Agentliyinin (İA) fəaliyyətə başlamasının 1ili tamam olub.

Modern.az saytı xəbər verir ki, agentlik geridə qalan 1 il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

Bununla yanaşı, “Report” İA-nın əsas veb-resursu olan www.report.az saytı ötən dövr ərzində özünü digər mətbuat orqanları üçün etibarlı xəbər mənbəyi kimi təsdiq edib. Agentliyin xəbərlərini ölkədə fəaliyyət göstərən 100-dən artıq informasiya resursu, o cümlədən televiziya, radio, qəzet və xəbər saytları yayımlayıblar. Saytın rus və ingilis dillərində olan versiyalarında Azərbaycanla bağlı dərc olunan xəbərlər beynəlxalq KİV-lərin də diqqət mərkəzinə çevrilib.

Ötən bir illik dövr ərzində ölkədə baş verən ən mühüm hadisələr agentliyin saytında geniş şəkildə işıqlandırılıb.

“Report” İnformasiya Agentliyi gündəlik bülletenlər vasitəsi ilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir.
“Report” İA sutka ərzində Azərbaycan dilində orta hesabla 140-150, rus dilində 80-90, ingilis dilində 40-50 xəbər istehsal edir.


Modern.az
Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi