“Avropa Məhkəməsi nəhayət məhşur Aqil Xəlil işi üzrə qəti qərarını elan etdi”. Modern.az-ın məlumatına görə, bu barədə Media Hüquqları İnstitutnun rəhbəri Rəşid Hacılı bildirib.
Onun sözlərinə görə, Azərbaycan hökuməti journalist Aqil Xəlilə qarşı bütün hüquq pozuntularını etiraf edib, bunlarla bağlı araşdırma aparacağını vəd edib və 28.000 avro kompensasiya verəcəyini bəyan edib.
“Azadlıq” qəzetinin əməkdaşı 2008-ci ilin fevralında Bakıdakı “Zeytun bağı” ərazisində MTN zabitləri Akif Çovdarov və Dağbəyi Allahverdiyev tərəfindən döyülmüş, ardınca isə seksual azlıq Strekalin tərəfindən şərlənmişdi.
Daha sonra “Sərhədsiz Reportyorlar” təşkilatının dəvəti ilə Fransaya gedən jurnalist 2008-ci ilin iyulunda həmin ölkədən sığınacaq aldı. Aqil Xəlil 2010-cu ildə Sorbon Universitetində təhsil alan Səidə adlı azərbaycanlı tələbə ilə ailə həyatı qurub. İndi Parisdə yaşayırlar.
Modern.az