Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin keçmiş müdiri Nuridə Allahyarova "BakuBus" MMC-yə mətbuat katibi təyin olunub. Məlumatı Modern.az-a təsdiqləyən N.Allahyarova bildirib ki, artıq dünəndən işə başlayıb.
“Artıq dünəndən işə başlamışam. Çoxlu təkliflər gəlirdi. “BakuBus”dan da təklif gəldi və mən də qəbul etdim”.
Xatırladaq ki, N. Məmmədova bu yaxınlarda Binəqədi rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsindən öz ərizəsi əsasında azad olunmuşdu.
N. Allahyarova Binəqədi rayon İcra Hakimiyyətində çalışdığı müddətdə yerli icra orqanlarının mətbuat xidməti rəhbərləri arasında media ilə əlaqəsinə görə, müsbət mənada seçilmişdi.
Nuridə xanımın həyat yoldaşı Şahin Məmmədov da media işçisidir. O, hazırda Vergiləır Nazilriyinin mətbuat xidmətində çalışır.
Aytən ZƏHRA