Modern.az

Rauf Arifoğlu: ““Yeni Müsavat” elə bir tale yaşayıb ki...” - MÜSAHİBƏ

Rauf Arifoğlu: ““Yeni Müsavat” elə bir tale yaşayıb ki...” - MÜSAHİBƏ

10 Noyabr 2015, 12:35

“27 yaşımızda da mövcud olmağımızı istəyirəm”


Azərbaycan mətbuatında özünəməxsus yeri olan “Yeni Müsavat” qəzeti bu gün 26 yaşını qeyd edir. Qəzetin baş redaktoru Rauf Arifoğlunun ənənəvi ad günü söhbətindən məlum olur ki, son 1 ildə qət edilən məsafə, verilən qərarlar yalnız duyğuların yox, eyni zamanda da məntiqin süzgəcindən keçib.  

Modern.az Rauf Arifoğlunun “Yeni Müsavat”dakı müsahibəsinin maraqlı məqamlarını təqdim edir.

- 26-cı ili bitirdiniz. 27-yə nə ilə gedirsiniz? Hədəflər, planlar, arzular nələrdir? 

- İstəyirəm ki, ən azından, 27 yaşımızda elə burada olaq, yəni mövcud olaq, davam edək. Bu, təkcə iş yeri deyil, eyni zamanda missiyanın davamıdır. Gücümüz çatsa, bir az daha irəliləyəcəyik. Çünki yaşımızın üstünə gələn hər bir il bizim sambalımızı daha da artırır, bizi daha da böyüdür. 

- Ötən ildən bu günə “Yeni Müsavat”ın həyatında nələr dəyişib? 

- Əslində çox şey, hətta Azərbaycan da dəyişib. Buradakı siyasi qüvvələr, iqtidarın və müxalifətin gələcəyə baxışları, plan və strategiyaları. Bizdə isə strategiya yerindədir – mövcudluğu və liderliyi qorumaq. “Yeni Müsavat” elə bir tale yaşayıb ki, biz bir neçə dəfə ofisimizdən çıxmaq zorunda qalmışıq. Arxivimizin bir parçasını itirmişdik və illərdir ki, “Yeni Müsavat” qəzetinin ilk sayını axtarırdıq və onu tapdıq...

- Necə tapdınız? 

- Bəhruz Əsədbəyli arxivindən tapıb bizə verdi. Çox adamın arxivində bu vardı. Çox adam o qəzeti bizə söz vermişdi, amma vermirdi. Hətta bəzi bədxahlarımız iddia edirdilər ki, “Yeni Müsavat” qəzetinin yaranış tarixini Rauf Arifoğlu saxtalaşdırıb. Bizə qarşı ən fantastik iddialar belə irəli sürürdülər. Azərbaycan siyasəti çox çirkinləşib və uzun müddətdir bu siyasətdə uğur qazanmayan insanlar uğur cəbhəsinə aid olan insan və quruluşlara neqativ münasibət göstərirlər. Son nəticədə isə bizə “qəzetiniz bu tarixdə çıxmayıb” deyə absurd ittihamlar da yönəltdilər. Biz bunu tapdıq və onların yalanlarını üzə çıxardıq. 

- İlk nüsxə nə qədər tirajla dərc edilmişdi? 

- 13 min nüsxə ilə. 

- Ondan birini tapa bilmisiniz? 

- Bəli, hələlik birini. Amma bu günlərdə əski dövr qəzetlərin kolleksiyasını yığan Ruslan Rəhimoğlu bizim birinci nüsxəmizi 20 manata başqa bir yerdən əldə edib. O, bu barədə mənə yazdı. Mən də ona “heç də 20 manatınız boşuna getməyib” deyə cavab yazdım. 

- İP göstəriciləri ildən-ilə artırmı? 

- Artır. 2009-cu ildə musavat.com saytına 14-15 min İP-dən girişimiz vardı. İndi bizim təxminən 100 minə qədər İP-dən girişimiz var. Bu, unikal İP-dir. Məsələn, “Yeni Müsavat”ın redaksiyasında 31 kompüter olsa da, cəmi iki İP var. 31 adam musavat.com-a girir, amma cəmi iki İP qeydə alınır. İndi bu sxemlə real oxucumuzu təsəvvür etməyə çalışın. 26 illik tariximizin pik nöqtəsini yaşayırıq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi