Modern.az

“Gedib Elmar Hüseynova dedim ki, Akif Çovdarov tutulub, xəbərin olsun!” - FOTO

“Gedib Elmar Hüseynova dedim ki, Akif Çovdarov tutulub, xəbərin olsun!” - FOTO

10 Dekabr 2015, 14:53


Modern.az
saytının məlumatına görə “Azadlıq” qəzetinin redaktoru Rövşən Hacıbayli 10 dekabr Beynəlxalq insan hüquqları günü ilə bağlı özünəməxsus addım atıb. O, mərhum jurnalist, “Monitor” jurnalının qətlə yetirilmiş baş redaktoru Elmar Hüseynovun qəbrini ziyarət etdikdən sonra Facebook-da aşağıdakı statusla çıxış edib:

“Bu gün - 10 dekabrda - gedib Elmara baş çəkdim. Elmarın da qətlində adı hallanan, neçə-neçə insanın haqqını pozan Akif Çovdarovun tutulduğunu dedim... Dedim ki, xəbəri olsun...!”.

Qeyd edək ki, bir müddət öncə MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarov həbs olunanda "Haqqin.az" saytının rəhbəri Eynulla Fətullayev də “Jurnalist Elmar Hüseynovun qatili qandallandı. Allaha inanmayan varmı?”,- deyə yazmışdı.

"Monitor” jurnalının baş redaktoru Elmar Hüseynov 2005-ci il martın 2-də yaşadığı evin qarşısında tapançadan atılan 7 atəş nəticəsində qətlə yetirilib.

2006-cı il avqustun 14-də isə cinayətkar qrupa başçılıq etdiyini deyən Azərbaycan Daxili İşlər Nazirliyinin Cinayət-Axtarış İdarəsinin keçmiş əməkdaşı Hacı Məmmədov Ağır Cinayətlərə dair işlər üzrə Məhkəmədə Elmar Hüseynovu onun dəstəsinin öldürdüyünü bildirib. Lakin Hacı Məmmədovun dedikləri istintaqda təsdiqini tapmayıb.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi