Modern.az

Üzrlü say əziz dost, o anlara şahidlik etmək istəmədim

Üzrlü say əziz dost, o anlara şahidlik etmək istəmədim

20 Dekabr 2015, 23:49

Sosial şəbəkədə çox nadir hallarda status yazıram... Bu dəfə də özümdəm asılı olmayaraq yazası oldum...
Muradı xeyli vaxtdır tanıyıram. Sədaqətli və etibarlı dostlarımdandır. Mənim üçün ən əsas meyarlardan biri “filankəs çörək itirən deyil” ifadəsidir ki, bu da məhz Muradın xarakterinə aiddir. Ona bir eləsən, mütləq əvəzini minimum ikiqat qaytaracaq. Qaytara bilməsə də “dəftərinin” bir qırağına qeyd edəcək.

Dörd ilə yaxın bir müddətdə AVCİYA təşkilatında çiyin-çiyinə çalışmışıq. Təşkilatın media məsələlərinin tənzimlənməsində kiçik də olsa, xidmətlərimiz var. Mən də ondan yaşca böyük olaraq, daim bacardığım qədər Murada AVCİYA-da mənəvi dəstək göstərmişəm. Və bunu özümə borc bilmişəm.

İndi Murad-Gülər cütlüyünün “Planet”də keçirilən toy məclisində iştirak etməyimi göz önünə gətirirəm. O məclisi başdan-ayağa izləyənlərdən olmuşam...

Dünən Gülər haqq dünyasına qovuşduğuğu xəbərini aldıq… Muradın ailəsində baş vermiş bu faciə məni çox sarsıtdı.

İki gündür özümə yer tapa bilmirəm. Çox istədim ki, o anlarda Muradın yanında olum, ola bilmədim. Üzrlü say əziz dost. Mən o anlara şahidlik etmək istəmədim.

MƏNİM ÜÇÜN SİZİN AİLƏ, FİKRİMDƏ, ELƏ BÜTÖV HALDA DA YAŞAYACAQDIR.

Hər birimiz üçün doğma insan itgisi ağırdır, çətindir. Amma insan dözür və dözməlidir. Dözməkdən başqa çıxış yolu da yoxdur. Belə hadisələrin baş verməsi isə Uca Allahın əlindədir. Bəzən Allah da sevdiyi bəndələrini sınağa çəkir.

Sən Gülər üçün nələr etmədin. Nələrdən keçmədin. Həmişə özünü tox tutdun. Sınmadın. Bunu tək mən yox, bütün dostların, bütün Azərbaycan gördü. Sən yaşamalısan. Bundan sonra daha böyük əzmkarlıqla, daha böyük ümidlə. Axı sən həm də Gülərin iki yadıgarını böyütməli və ona layiq övladları tərbiyə etməlisən. Möhkəm öl əziz dostum...

ALLAH BÜTÜN DÜNYADAN KÖÇƏNLƏRƏ RƏHMƏT ELƏSİN. AMİN!


 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi