İctimai Televiziya və Radio Yayımları Şirkətində yeni təyinat olub.
Qeyd edək ki, E. Kələntərli 1997-ci ildən 2004-cü ilədək “Space” kanalında çalışıb. Bakı-Ceyhan neft kəməri haqqında “Neft Odisseyası” filminin müəllifidir. 2002-ci ildə "Bizim Olimpiyaçılar" adlı üç hissəli sənədli televiziya filminin prodüseri kimi "Humay" Milli mükafatının laureatı olub.
Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin "Olimpiya Himni"nin ideya müəllifi və yaradıcı qrupunun rəhbəri olub. Əmək və Əhalinin Sosial Müdafiəsi mətbuat katibi, İctimaiyyətlə əlaqələr sektorunun müdiri, Aparat rəhbərinin müavini vəAparat rəhbəri vəzifələrində çalışıb.
Birinci Avropa Oyunlarında Cüdo yarışlarının direktoru vəzifəsində işləyib. Azərbaycan Memarlıq və İnşaat Universiteti,zərbaycan Dövlət İqtisad Universiteti və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının magistraturasını bitirib.
Modern.az