Modern.az

"“MTN-çilər”in məhkəməsindən reportaj hazırlayacağım günü səbirsizliklə gözləyirəm”

"“MTN-çilər”in məhkəməsindən reportaj hazırlayacağım günü səbirsizliklə gözləyirəm”

Media

22 Mart 2016, 13:13


Ölkə başçısının Novruz bayramında imzaladığı əfv sərəncamı ilə azadlığa buraxılan jurnalist Pərviz Həşimli onu həbs etmiş keçmiş “MTN-çilər”in məhkəməsindən reportaj hazırlayacağı günü səbirsizliklə gözlədiyini bildirib.

Modern.az-ın məlumatına görə, jurnalist deyirb ki, ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzində ona 8 ay divan tutublar. O, Antiterror Mərkəzində hazırda həbsdə olan sabiq rəisi, general-mayor Elçin Quliyev haqda bunları deyib:

“Mənə deyirdi ki, “səni Qaradağın istisində yandırıb, daş karxanalarının tozunda boğacam...”. MTN-dəki cinayətkar şəbəkənin əsas siması olan bu adamdan və onun başında duranlardan qorxmadım. Ən güclü vaxtlarında MTN-ni milli təhlükəyə çevirdiklərini, Antiterror Mərkəzinin əslində bir terror mərkəzi oldugunu gözlərinin içinə baxıb söylədim. Bu gün Elçin Quliyev həbsdədir. Onun məhkəməsindən reportaj hazırlayacağım üçün çox şadam... Elçinin, İlqarın, Elşənin, Təhsinin, vaşaq nəzərlərini heç unutmadım...”.

Pərviz Həşimli 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyi tərəfindən saxlanılıb. Bakı Ağır Cinayətlər Məhkəməsi onu qanunsuz olaraq odlu silah əldə etmə, saxlama, satmada və qaçaqmalçılıqda təqsirli bilərək 8 il müddətinə azadlıqdan məhrum etmişdi.


Həbsdəki general-mayor Elçin Quliyev...


Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi