Modern.az

Məhkəmə  “Sasna Srer” qruplaşmasının daha bir üzvünü azad etdi

Məhkəmə  “Sasna Srer” qruplaşmasının daha bir üzvünü azad etdi

Dünya

6 İyun 2018, 18:00

Ermənistanda “Sasna Srer” qruplaşmasının üzvü Areq Kureqyan azadlığa buraxılıb.

 

Modern.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, iki deputatın təminatından sonra məhkəmə onun azadlığa buraxılmasına icazə verib.

 

Beləliklə parlamentin  “Çıxış” blokunun deputatları Qraç Akopyan və Lena Nazaryan Kureqyanın məhdudlaşdırma tədbirini dəyişdirmək üçün zəmanət sənədini imza atıblar.

Məhkəmə bundan sonra onu azadlığa buraxıb.

 

Qeyd edək ki, Paşinyan hakimiyyətə gəldikdən sonra Serj Sarkisyan hakimiyyətinə qarşı silahlı basqın etmiş və bir neçə polis nəfərinin qətlinə səbəb olmuş “Sasna Srer” qruplaşmasının üzvləri azadlığa buraxılır. Bundan əvvəl isə Areq Küreqyanın  qardaşı Ayk Küreqyan azadlığa buraxılıb.

 

Əvəz ZEYNALOV

Sizə yeni x var
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU