Modern.az

Milli Qəhrəman övladı: “Bəzən Milli Qəhrəmanının qızına belə münasibətə görə mənəvi əzab çəkmişəm” - LAYİHƏ

Milli Qəhrəman övladı: “Bəzən Milli Qəhrəmanının qızına belə münasibətə görə mənəvi əzab çəkmişəm” - LAYİHƏ

Reportaj

13 Aprel 2013, 10:24

“Ailə quranda bütün qızlar kimi atamın xeyir-dua verməsini istəyirdim”


Modern.az
saytı “Milli Qəhrəman övladı” layihəsini davam etdirir. Budəfəki həmsöhbətimiz Milli Qəhrəman Yuzif Mirzəyevin qızı Nurlana Mirzəyevadır.

- Ailənin tək övladı olmusunuz. Bəs necə olub ki, doğmalarınızdan aralı düşmüsünüz?

- Ailə qurandan sonra həyat yoldaşımın işi ilə əlaqədar Astaraya köçdük. Burda hərbi şəhərcikdə yaşayırıq...

- Övladınız var?

- Bəli 2 oğlum var. Biri 6 yaşında, digəri isə 1 yaş 3 aylıqdır.

- Atanızı haqqında nələri xatırlayırsnız?

- Atam rəhmətə gedəndə mənim 6 yaşım var idi. Ona görə də onunla bağlı xatirəmdə çox az şey qalıb.

- Hazirda hansı işlə məğul olursunuz?

- Tibb Universitetinin bitirmişəm. Hamı bilir ki, oranı bitirib həkim işi tapmaq çox çətindir. Amma mən Məhkəmə-Tibbi Ekspertizanın rəisi Şakir Musayevin sayəsində işlə təmin olundum. Buna görə o insana çox borcluyam. İndi oğlum balaca olduğuna görə analıq məzuniyyətindəyəm. Azərbaycanda yaşayırıq və bilirik ki, Tibb Universitetini bitirib işə sahib olmaq olduqca çətindir. Şakir Musayev məni qəbul etdi. Çox yaxşı insandır. Dedi ki, “sənin atan bu vətən uğrunda şəhid olub, mən də səni işlə təmin etməyə borcluyam”. Heç bir təmənnası olmadan bunu etdi. Məhkəmə ekspertizasında işləməyə başaldım.

- Nurlana xanım, Milli Qəhrəman övladı olaraq, iş yerinizdə sizə olan münasibət necədir?

- İşlədiyim yerdə mənim Milli Qəhrəman övladı olduğumu bilən hər kəs mənə hörmətlə yanaşır. Tək iş yerində deyil, hətta mən universitetdə oxuyanda da, təhsil haqqı məsələsində çox gözəştlər oldu. Amma indi mənim tək problemim evlə bağlıdır. Neçə ildir ki, növbə gözləsəm də,  heç cür alınmır.

- Bununla bağlı harasa müraciət etmisiniz?

- Hər dəfə müracət edirəm, ancaq deyirlər ki, gözlə növbən çatsın. Artıq 8 ildir ev növbəsindəyəm. Yoldaşım da hərbçidi. Bilirsiniz, hərbçinin maaşı nə qədər olur? 2 uşağa baxmaq çox çətindir. Sonuncu dəfə mart ayında müracət etmişəm, dedilər ki 10 günə kimi sizə cavab veriləcək.

- Bəs cavab almadınız?

- Bu, insanlıqla əlaqədardır. Bəzi insanlar buna dəyər vermirlər. İstəmirəm qapı-qapı, idarə-idarə gəzim. Binamızın həyətindən qaraj yeri versələr, heç olmasa artıq əşyalarımı ora yığaram. Bəzi yerlərdə hörmət edirlər, bəzən isə yox...

- Milli Qəhrəman övladı adı sizə nə verir?

- Mən atdığım bütün addımlarda atamın adını düşünürəm. Hər zaman çalışıram ki, onun adına layiq hərəkət edim. Amma mən atalıq duyğusu nədir, onu bilməmişəm. Böyüdükcə ata qayğısına daha çox ehtiyac duydum. Hətta ailə quranda bütün qızlar kimi atamın xeyir-dua verməsini çox istəyərdim. Allah heç kimi başsız etməsin. Hər kəsə valideyninə görə hörmət edirlər. Mən bunu indi başa düşmüşəm.

- Bu adın məsuliyyətini, ağırlığını necə hiss edirsiniz?

- Əlbətdə, mən onunla fəxr edirəm. Milli Qəhrəman övladı olmaq məsuliyyət tələb edir, gərək elə davranasan ki, səndən nümunə götürsünlər. Atamın adına Bakıda 44 nömrəli məktəb fəaliyyət göstərir. Onun adının əbədiləşdirlməsi həm də bizim üçün təsəllidir.

- Digər Milli Qəhrəman övladları ilə əlaqəniz varmı?

- Mən ailə vəziyyətimlə əlaqədar tez-tez Bakıya gedə bilmirəm. Amma bilirəm ki, Milli qəhrəmanlarla bağlı bir təşkilat var. Çox istərdim ki, mən də bu təşkilatda olum və onlarla münasibət qurum.

- Milli Qəhrəman övladı olaraq hörmət görməyəndə hansı hisləri keçirmisiniz?

- Mənim atam öz vətəni uğrunda şəhid olub. Elə vaxtlar olub ki, hörmət görməyəndə mənəvi cəhətdən çox əzab çəkmişəm. Hətta bəzən mənə deyiblər ki, getdiyin yerdə Milli Qəhərəman övladı olduğunu de ki, işini tez həll etsinlər. Amma mən bunu etməmişəm.



Ulduz İbrahimova

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU