Modern.az

MTN-in (DTX) akademiyasından bəzi kursantları qovurlar

 MTN-in (DTX) akademiyasından bəzi kursantları qovurlar

Təhsil

5 Yanvar 2016, 20:46

 

 “MTN işi”nə görə keçmiş Milli Təhlükəsizlik Nazirliyində (Dövlət Təhlükəsizlik Xidməti) ixtisarlardan sonra onun akademiyasında da islahatlara start verilib. Modern.az saytı “Qafqazinfo”ya istinadən xəbər verir ki, vəzifələrindən azad olunan və həbs edilən yüksək vəzifəli keçmiş MTN-çilərin övladlarının və qohumlarının akademiyadan xaric edilməsinə başlanılıb.

Məlumata görə, artıq keçmiş MTN-çilərlə qohumluq əlaqəsi olan 10-dan çox tələbə akademiyadan xaric edilib.

Məlum olub ki, qovulan tələbələrin bir qismi akademiyaya qeyri-qanuni yolla qəbul olunub, digər qismi isə imtahan nizam-intizam qaydalarını pozduqları üçün akademiyadan çıxarılıb.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU