Modern.az

Prezident təqaüdçüləri: “Gələcəkdə öz şirkətimi qurmaq istəyirəm” - MÜSAHİBƏ

Prezident təqaüdçüləri: “Gələcəkdə öz şirkətimi qurmaq istəyirəm” - MÜSAHİBƏ

Müsahibə

26 Noyabr 2021, 11:02

Bu il Azərbaycan Respublikasının ali məktəbələrinə qəbul olunmuş tələbələrdən 102 nəfər Prezident təqaüdünə layiq görülüb.

 

Onlardan 33 nəfər Bakı Ali Neft Məktəbində təhsil alacaq. Tibb Universitetinə qəbul olunan tələbələrdən 25-i, Bakı Dövlət Universitetində oxuyacaq tələbələrdən isə 15-i Prezident təqaüdçüsüdür. ADA Universitetindən 12, Azərbaycan Dövlət İqtisad Universitetindən (UNEC) 8, Dövlət İdarəçilik Akademiyasından 4, Azərbaycan-Fransız Universitetində (UFAZ) 2, Xüsusi təyinatlı ali məktəbdən 2, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) 1 nəfər gənc Prezident təqaüdçüsü kimi siyahıya düşüb.

 

Bu tələbələr 210 manat Prezident təqaüdü alacaqlar.

 
Modern.az saytı “Prezident təqaüdçüləri” rubrikasına davam edir. Bu rubrikada 2021-2022-ci dərs ilində Prezident təqaüdünə layiq görülmüş I kurs tələbələrini sizə tanıdırıq.

 

Yaşar İbrahimxəlilov Fizika-Riyaziyyat və İnformatika təmayüllü liseyi bitirib. Qəbul imtahanlarında 681.5 bal toplyaraq Bakı Ali Neft Məktəbinin kompüter mühəndisliyi ixtisasına daxil olub. 


- Yaşar, niyə kompüter mühəndisi olmaq istədin? 
 


- Bu ixtisası 6-7-ci sinifdə oxuyarkən seçmişdim, proqramlaşdırmağa maraq yaranan zamanlarda. Bu ixtisasın BANM-da açılmasını eşidəndə, ora daxil olmağı istədim. Hazırda bir çox proqramlaşdırma dillərində yazıram. 

 

- Ali məktəbə necə hazırlaşırdın? Fasilələrlə oxuyurdun, yoxsa fasiləsiz? Çox oxumaq səhhətində problem yaratmırdı?

 

- Bacardığım qədər dərslərə hazırlıqlı getməyə çalışırdım. Bəzən əlavə kitablardan suallara baxır, öyrənir, məsələlər həll edirdim. Fizika, kimya, riyaziyyat, informatika fənlərini çox sevirdim. Əsasən, riyaziyyat və informatikanı öyrənməyə həvəsim çox idi. Dərsləri çox oxuyub, 15 dəqiqəlik fasilələrlə istirahət edirdim. Fasilə sonrası yenidən dərsə davam edirdim. Bəzən çox oxuduğum üçün başımda ağrılar olurdu. Buna baxmayaraq dərslərimə həmişə hazır olmuşam. 


- Gəlcəkdə ixtisasın üzrə nələr etməyi planlaşdırırsan? Xaricdə təhsil almağı düşünürsən? 


- Gələcəkdə xarici universitetdə oxumağa çalışacam. Avropa ölkələri və yaxud ABŞ-da. Kompüter mühəndisliyi ixtisasından sonra iqtisadiyyat üzrə magistr təhsili almağı düşünürəm. Gələcəkdə öz şirkətimi qurmaq istəyirəm. 



- Qəbul imtahanında ən yüksək nəticəni hansı fəndən göstərmişdin? Sevdiyin fənn hansı idi? Bunun xüsusi bir səbəbi varmı?
 


- Ən yüksək nəticəm riyaziyyatdan idi, qəbul və buraxılış imtahanında səhvim yox idi, növbəti yaxşı yazdığım fənn fizika idi, orda da maksimum bal almışdım.
Qəbul fənləri olan fizika, riyaziyyat kimya fənlərini sevirəm. Dəqiq fənn olduqları üçün onları rahat anlayıb, məsələlər işləyə bilirəm.

- Prezident təqaüdünə layiq görüləcəyini düşünürdün?


- Yüksək bal yığacağıma əmin edim, amma prezident təqaüdü ala biləcəyimi düşünmürdüm. Lakin prezident təqaüdünü almağı arzulayırdım. Adımı prezident təqaüdçülərinin arasında gördükdə çox sevindim. 


- Tələbə yoldaşlarınla aran necədir? Dərslərdən əlavə birlikdəvaxt keçirirsiz? 


- Universitetə daxil olana qədər ünsiyət qura bilməyən, öznəqapalı biri olmuşam. Ancaq universitet həyatı adamı dəyişir. Hazırda tələbə yoldaşlarımla yaxşı vaxt keçiririk. Fərqli plan qururuq, layihələr işləyirik. Dərsdən sonra isə əyləncəli, faydalı işlərlə məşğul oluruq. 


- İmtahana hazırlaşan abituriyentlərə nə demək istərdin? 


- İmtahana hazırlaşarkən düzgün istirahət etsinlər və fənləri effektiv yollarla öyrənsinlər. Çətinlik çəkdikləri mövzular üzrə işləsinlər. Fənləri, qaydaları, düsturları, tarixləri və s. təkrar etsinlər. İmtahana bir həftə qalmış, yuxu rejiminə riayət eləsinlər. Son 1-2 gündə isə istirahət etsinlər. İmtahan sırası çətinlik çəkdikləri sualları buraxıb digərlərini etsinlər, çünki onlara həm zaman, həm də enerji sərf etmiş olarlar.

Twitter
Sizə yeni tvit var
Keçid et
Anbaan görüntülər: Kamil Zeynallı belə azadlığa buraxıldı