Modern.az

Müharibə dəhşəti: “Qazi anası şəhid anasına bəxtəvərlik verirdi” - Deputatla VİDEOMÜSAHİBƏ

Müharibə dəhşəti: “Qazi anası şəhid anasına bəxtəvərlik verirdi” - Deputatla VİDEOMÜSAHİBƏ

Müsahibə

3 Dekabr 2021, 09:48

“Qazi anası şəhid ailəsinə bəxtəvərlik verirdi, deyirdi ki, sən xoşbəxt anasan, sənin övladın bir dəfə şəhid olub, mənim övladım gözümün önündə hər gün ölür”.

 

 

Milli Məclisin deputatı Jalə Əhmədova Modern.az-a müsahibə verib.

 

 

- Azərbaycan tarixin sınaqlarından daim üzüağ çıxıb. 44 günlük müharibə bunu bir daha təsdiqlədi. Müharibə dövründə xalq bir oldu, təbii ki, itkisiz qalibiyyət mümkün deyil. Biz şəhidlər verdik, igidlərimizi itirdik. Məhz birlik nəticəsində hər bir vətəndaş üzərinə düşənləri etdi. Millət vəkilinin üzərinə nə düşürdü, siz bu yükü nə qədər daşıya bildiniz?

 

 

- Bizim üçün həm ağrılı, həm də şərəfli bir dönəm oldu. Amma şəhid olmasa, qalibiyyət də olmaz. Azərbaycan xalqı da 44 günlük Vətən müharibəsində itkilərə məruz qaldı. Həmçinin, xalqımız müharibə dövründə nə qədər bir olduqlarını göstərdilər. Müharibədən sonra da bu birliyin şahidi olduq. Xalq şəhid, qazi ailələrinin yanında idi, biz bunu əyani gördük. Biz də deputat olaraq üzərimizə düşdüyü qədər şəhid, qazi ailələrini daim diqqətdə saxlayırıq. Amma biz onların yarasına nə qədər çalışsaq da, məlhəm ola bilmərik. Mənəvi olaraq həmişə yanlarında yer almağa çalışdıq ki, onlar özlərini tək bilməsinlər. Övladlarının itkisinin acısına bizim də şərik olmağımızı bir daha bəyan etməyə çalışdıq.

 

 

Ətraflı videoda:

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi