Modern.az

Azərbaycan Kommunist Partiyası: "Vəzirov milli hisslərdən uzaq insan idi" - MÜSAHİBƏ

Azərbaycan Kommunist Partiyası:

Müsahibə

13 Yanvar 2022, 10:42

Sadiq kommunist kimi tanınan Əbdürrəhman Vəzirovun ölümü onu Azərbaycan cəmiyyətində yenidən müzakirə obyektinə çevirdi və fikirlər haçalandı. Bir qisim Azərbaycanın sabiq rəhbərinin dövlətçilik tariximizə əsaslı zərbə vuran şəxs olduğunu, digərləri isə onun da dövrün tələblərinə uyğun olaraq keçmiş SSRİ rəhbərliyindən asılı addımlar atdığını düşünür.


Ə.Vəzirovun fəaliyyəti haqqında Modern.az-a danışan Kommunist Partiyası  Mərkəzi Komitəsinin sədri Rauf Qurbanov da mərhum birinci katibi Azərbaycanın siyasi tarixindəki ziddiyyəti şəxslərdən biri kimi qiymətləndirir:


“Cəmiyyətdə onu sevənlər və sevməyənlər var. Kimin kim olduğuna isə zaman qiymət verəcək”.
 

- Əbdürrəhman Vəzirov Kommunist Partiyasına sadiq üzvlərdən olub. Onunla əlaqəniz var idi? Partiya onun səhhəti ilə maraqlanırdımı?


- Vəzirovla real həyatda heç bir əlaqəm və şəxsi münasibətlərim olmayıb. Dünyasını dəyişməsi  ilə əlaqədar məlumatı isə kütləvi informasiya vasitələrində dərc olunan məlumatlardan bilmişəm. Allah rəhmət eləsin!
 

- Azərbaycanın sabiq rəhbərinə cəmiyyətdə birmənalı münasibət yox idi. Kommunist Partiyası olaraq,  Azərbaycan ictimaiyyətinin Vəzirova münasibətini adekvat sayırsınızmı?
 

- Dediyim kimi, kimin kim olduğuna  zaman qiymət verəcək. Hesab edirəm ki, müəyyən dövr keçdikdən sonra Azərbaycan dövlətçilik tarixində rolu olan hər bir şəxs öz adına və fəaliyyətinə görə layiq olduğu qiyməti alacaq, o cümlədən də Vəzirov.
 

- Sizcə, Vəzirov Azərbaycan tarixində hansı adla qalacaq?
 

- Tarixdə hər bir şəxs öz adı və əməli ilə qalır.
 

- Mərhuma qarşı ittihamlardan biri də 20 yanvar qırğınına görədir. Bildirilir ki, Sovet qoşunlarının ölkəyə daxil olmasını önləyə bilməyib. Bu ittihamı necə qiymətləndirirsiniz?
 

- O, mənsub olduğu ideologiyaya böyük inamı və etibarı ilə seçilən insanlardan biri olub. Uzun illər komsomol və partiya işində çalışan insanlar üçün bu adi bir haldır. Lakin zaman göstərdi ki, bu cür yanaşma heç də həmişə özünü olduğu kimi doğrultmur. Rəhmətlik Heydər Əliyevin təbirincə desək, hər bir insanın qürur mənbəyi onun milli mənsubiyyətidir. Çox təəssüflər olsun ki, Vəzirov belə hisslərdən uzaq insan idi.
 

- Ölümü barədə xəbəri alanda Vəzirovun ailəsindən kimə başsağlığı verdiniz, kiminlə əlaqə saxladınız?
 

- Onun özü və ailə üzvləri ilə əlaqəm olmadığına görə heç kimə başsağlığı verməmişəm.
 

- Ölümündən sonra da sosial şəbəkələrdə bəziləri onu lağ obyektinə çevirib. Kommunist Partiyasının buna reaksiyası maraqlıdır...
 

- Mən bir azərbaycanlı olaraq, Azərbaycan dövlətçiliyində rolu olan bütün insanlara hörmət və ehtiramla yanaşıram.
 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır