Arxiv
1 Sentyabr 2022, 13:38 | MÜSAHİBƏ
“Prezident dedi ki, bu ada ən layiqli namizəd sənsən” - Nəsibə Abdullayeva 

Yerli saytlarda Özbəkistanın Xalq artisti Nəsibə Abdullayevaya Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Xalq artisti” fəxri adının verilməsi xəbərini oxudum. Uyğun bir saatda telefonuna yazıb təbrik etdim. Həm də ismarıc səs göndərdim ki, vaxtı olduğu zaman mənimlə telefon əlaqəsi qursun.

 

Bizim vaxtla axşam saat 11-də, Özbəkistan vaxtı ilə isə axşam saat 12-də 1985-ci ildən dostluq etdiyim Nəsibə Abdullayeva ilə söhbətimiz baş tutdu. Bir daha təbrik etdim. Dedi, bilirəm ki, sizin ailənizdə məni hamı sevir, hər kəsə salamımı çatdırın.

 

Sonra aldığı mükafatla bağlı müsahibə yazmaq istədiyimi dedim. Dedi, bəlkə sonraya qalsın, indicə Özbəkistan Respublikasının Müstəqilliyinin 30 illiyi münasibətilə keçirilən konsertdən çıxmışam, yorğunam, bir neçə gün müsahibə verməyə vaxtım olmayacaq.

 

Belə olduqda, qərara gəldik ki, bir blits-müsahibə edək, ətraflı müsahibəni sonraya saxlayaq. Və başladıq:

 

- Nəsibə xanım, azərbaycanlı pərəstişkarlarınız bu xəbərə çox sevindilər. Sizin təltif olunmağınız hamının ürəyincə oldu. Siz Özbəkistanda da çox sevilirsiniz, bir nömrəli sənətçisiniz, lakin Azərbaycan üçün də o qədər əzizsiniz. Bunu özünüz də gözəl bilirsiniz.

 

- Bilirsiniz, bu mənim üçün çox vacibdir. Mən çox istəyərəm ki, Azərbaycan Prezidentinin imzası ilə layiq görüldüyüm bu fəxri ad, adından da göründüyü kimi, həqiqətən xalqın adından verilsin. Mən çox istəyirəm ki, xalq prezidentin verdiyi qərardan şad olsun, razı olsun. Ona görə ki, prezidentin imzasıyla verilən ad onun imzasına layiq olmalıdır. Qoy kənardan deməsinlər ki, filankəs bu ada layiq deyil.

 

- Xəbəriniz varmı, bütün xəbər saytları sizin fəxri ad almağınızı necə sevinclə yayırdılar? Bəs siz özünüz xəbəri necə aldınız?

 

-Səhər yuxudan oyananda Facebook səhifəsini açdım və burada öz şəklimi, adımı gördüm... Və sonra təbriklər yağmağa başladı, zənglər hələ də kəsilmək bilmir...

 

- Təbriklərin hamısı Azərbaycandanmı gəlir?

 

-Yox, həm Azərbaycandan, həm Özbəkistandan təbriklər almaqdayam.

 

- Nəsibə xanım, sizə Özbəkistandan gələn təbriklər, əlbəttə ki, həm də özbək xalqının Azərbaycan musiqisinə verdiyi dəyərdir. Sizin üçün bu mükafata layiq görülməniz gözlənilməz oldumu?

 

- Bilirsiniz, cənab İlham Əliyev bu ilin iyun ayının sonlarında Özbəkistanda rəsmi səfərdə olanda onun şərəfinə təşkil olunan musiqili proqramlarda mənim də iştirakım təsdiq olunmuşdu. Azərbaycan Prezidentinin şərəfinə verilən əsas konsertdən sonra hər iki prezident - cənab Şavkat Mirziyayev də, cənab İlham Əliyev də səhnə arxasında Özbəkistanın sənət adamları ilə görüşdülər. Həmin görüşdə prezidentlər dedilər ki, biz belə qərara gəlmişik, Azərbaycanın və Özbəkistanın artistlərini fəxri adlarla mükafatlandıraq. Özbəkistan prezidenti dedi ki,  mütəxəssislərlə məsləhət edib, belə qərara gəlinib ki, bu ada ən layiqli və birinci namizəd Nəsibə Abdullayevadır. Azərbaycan Prezidenti isə dedi ki, Müstəqillik günündə Nəsibə xanımı təltif edərik. Şəxsən mən elə bilirdim ki, bu təltiflər Azərbaycanın Müstəqillik günündə olacaq. Ona görə də Sərəncamın çıxması mənim üçün gözlənilməz oldu.

 

- Nəsibə xanım, əslində bu əlamətdar hadisə sübut edir ki, Azərbaycan və Özbəkistanın həm Müstəqillik bayramları, həm də bütün sevincli günləri hər iki ölkə üçün eyni cür əlamətdar olur. Bu, həm xalqlarımızın, həm də dövlətlərimizin diplomatiyasıdır.

 

- Mən demək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, Azərbaycan xalqına minnətdaram. Siz bilirsiniz ki, mən Azərbaycanı, Azərbaycan musiqisini necə sevirəm. Mən bu mahnıları 42 ildir ifa edirəm. Azərbaycan mahnıları ifa edərkən, musiqilərini səsləndirərkən, heç vaxt hər hansı bir mükafat haqqında düşünməmişəm. Sadəcə bu musiqilərə vurğunam. Azərbaycan musiqiləri doğulduğum gündən mənim həyatımda olub. Mən onları sevmişəm, sevirəm, nə qədər ömrüm varsa, sevəcəyəm. Bir onu bilirəm ki, hər zaman bu mahnıları böyük məhəbbətlə ifa etmişəm, yaşatmışam. Azərbaycan xalqı var olsun ki, dünyanın hər yerində sevilən, dinlənilən belə gözəl musiqi xəzinəsinə malikdir.

 

-  Gənc müğənni kimi Özbəkistanın Əməkdar artisti adını 1987-ci ildə almışdınız. Mən də o vaxt Daşkənddə tələbə idim. Bizim universitetdə konsert verirdiniz. Orada tanış olduq. Sizi artıq Azərbaycanda da tanıyırdılar. 32 yaşınızda isə ən gənc ifaçı kimi Özbəkistanın xalq artisti adına layiq görüldünüz.

 

- Hətta 32 də deyil, 31 yaşım var idi. O günlər unudulmazdır. Bu gün isə həm də ona görə sevinirəm ki, Özbəkistanın incəsənət və musiqi tarixində ilk xalq artistiyəm ki, həm də Azərbaycanın Xalq artisti adına layiq görülmüşəm.

 

- Nəsibə xanım, 26 avqustda Azərbaycan Prezidneti İlham Əliyev Laçın rayonunun erməni işğalından tam azad olması haqqında yeni tvit yazdı. Həmin günü sizin ifa etdiyiniz “Ay Laçın” mahnısını sosial media səhifələrimdə yerləşdirdim. İndi sizin ifa etdiyiniz “Ay Laçın” mahnısını Laçının özündə 30 il əvvəl səsləndirdiyimiz kimi səsləndirə bilirik. Laçının dağları, düzləri səsinizi dinləyir...

 

-Mən yenə də Azərbaycan xalqını təbrik edirəm.

 

- Bir danılmaz həqiqət də var ki, bizim musiqilərə, mahnılara Nəsibə xanım ikinci ömür, ikinci nəfəs verir. Sizin səsinizdə musiqilər daha əsrarəngiz, daha çox yaşayan olur. Daha sevimli olur. Biz də buna görə sizə minnətdarıq. Onu da bilirəm ki, siz özünüzü heç vaxt şou-biznesə qatmırsınız, sənətinizə ciddi yanaşırsınız.

 

- Bəli, mən heç vaxt özümü şou-biznesdə görməmişəm, həmişə də belə qalacağam. Başqa cür ola bilmərəm. 

 

- Ötən il sizinlə müsahibələrimin birində dediniz ki, Azərbaycanın Zəfəri haqqında sizin ifa etməyiniz üçün bir mahnı yazılsın. Sizin bu arzunuzun həyata keçməsi üçün sorğu keçirdik, tanınmış bəstəkarımız, Azərbaycanın Xalq artisti, professor Faiq Şücəddinov bu xeyirxah işi öz üzərinə götürdü. Həmin mahnı nə zaman ərsəyə gələcək, məlumatlısınızmı?

 

- Faiq müəllimlə elə ilk telefon danışığımızdan dost olduq. Hələ üz-üzə görüşməmişik. Lakin onun təklif etdiyi musiqi və mahnı elə bil ki, mənim ruhuma biçilib. Bu mahnı Azərbaycan bəstəkarı tərəfindən şəxsən mənim ifam üçün yazılan ilk mahnıdır. Buna görə Faiq müəllimə də, təşəbbüskar kimi sizə də çox minnətdaram. Yadınıza gəlirsə, bir dəfə mən sizə demişdim ki, o mahnının belə gec ərsəyə gəlməsinə mənim COVID virusuna yoluxmam səbəb olub. Uzun müddət oxuya bilmədim. İndi mahnı hazırdır. Təkcə səsimin “oranjerovkası” qalıb. Bu yaxınlarda, Allah qoysa, yazarıq, hazır olan kimi mən sizə xəbər edəcəm...

 

-Xeyirli və uğurlu olar, inşallah.

 

Azərbaycanın Xalq Artisti Nəsibə Abdullayevanı çox yormamamq üçün 15 dəqiqədən sonra sağollaşdıq ki, Özbəkistanın müstəqillik bayramı şənliklərində iştirakı bitəndən sonra yenidən zəngləşək...

 

Aida Eyvazlı

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Ermənistan KTMT-dən çıxır
Rusiya Ukraynada 60 mindən çox hərbçisini itirib 11:19, Bu gün Futbol matçında iğtişaş: Ölü sayı 174-ə çatdı - YENİLƏNİB 11:10, Bu gün İran dronları Ukraynada məhv edildi  11:08, Bu gün Pullarını şəhər meriyasına vəsiyyət etdi 11:00, Bu gün 4 yaşlı uşaq 4-cü mərtəbədən yıxıldı 10:51, Bu gün Yasamalda avtomobil yandı 10:43, Bu gün Diasporumuz AYAQDA: şəhidlərimiz dünyada anıldı 10:34, Bu gün 17 yaşlı velosipedçini avtomobil vurub öldürdü 10:25, Bu gün Daha bir boksçumuz erməniyə qalib gəldi  10:16, Bu gün Bolqarıstanda seçki başladı 10:07, Bu gün 70 yaşlı piyadanı avtomobil vurdu 09:58, Bu gün 2 aktrisa bədbəxt hadisənin qurbanı oldu 09:48, Bu gün İŞİD-çilərə qarşı növbəti əməliyyat 09:30, Bu gün Traktor aşdı, 22 nəfər göldə boğuldu 09:23, Bu gün Qardaş ölkə qrup lideri oldu 09:14, Bu gün İmran Xanın həbsinə qərar verildi 09:05, Bu gün Türkiyədə güclü yanğın 09:00, Bu gün Hava küləkli olacaq 08:17, Bu gün Əkrəm Əylisli nədən qorxur? 01:25, Bu gün İrəvan separatçıları “tərəf”ə çevirmək istəyir - TƏHLİL 01:11, Bu gün İran və ABŞ arasında məhbus mübadiləsi  00:59, Bu gün Meksikada helikopter qəzası - Ölənlər var 00:29, Bu gün Avropa liderləri "Şimal axını" ilə bağlı görüş keçirəcək 1 Oktyabr 2022, 23:57 Müdafiə naziri Ukraynaya gizli səfər edib 1 Oktyabr 2022, 23:21 Rusiyadan İtaliyaya qaz tədarükü dayandırıldı 1 Oktyabr 2022, 23:17 Türkiyədə ağır qəza - 25 nəfər yaralandı 1 Oktyabr 2022, 22:54 Cüdoçularımız Avropada 6 medal qazandı 1 Oktyabr 2022, 22:43 Rəhim Rəhimlinin həkimi danışdı: “Bu qədər yaşayacağını düşünmürdüm” 1 Oktyabr 2022, 22:30 Ukrayna üçün lend-liz qanunu qüvvəyə mindi  1 Oktyabr 2022, 22:26 Polşa Belarusla sərhəddə divar tikintisini başa çatdırdı 1 Oktyabr 2022, 21:57 36 yaşlı kişini maşın vurub öldürdü 1 Oktyabr 2022, 21:49 Türkiyə Dünya Kuboku üçün Qətərə qoşun göndərəcək  1 Oktyabr 2022, 21:36 Erməni əsgər xidmət yoldaşını azərbaycanlı zənn edərək öldürdü 1 Oktyabr 2022, 21:24 Türkiyə terrorçuları PUA-larla vurdu 1 Oktyabr 2022, 20:59 Krımın Belbek aerodromunda güclü partlayış olub 1 Oktyabr 2022, 20:32 Rus milyarderin superyaxtası satışa çıxarıldı 1 Oktyabr 2022, 20:24 TƏBİB yanğında xəsarət alanlar haqda məlumat yaydı 1 Oktyabr 2022, 20:21 “İlham Əliyev olmasaydı, bizim üçün asan olmazdı” - Vuçiç 1 Oktyabr 2022, 20:14 “Qarabağ” “Neftçi”ni məğlub edərək lider oldu 1 Oktyabr 2022, 19:57