Modern.az

Məşhur xarici jurnalist: “Ermənilər Şuşanı işğal edəndə bilirlərmiş ki, bir gün qovulacaqlar”

Məşhur xarici jurnalist: “Ermənilər Şuşanı işğal edəndə bilirlərmiş ki, bir gün qovulacaqlar”

Müsahibə

5 Sentyabr 2022, 15:30

Birləşmiş Millətlər Təşkilatında (BMT) akkreditə olunan xarici KİV nümayəndələri Qarabağda işğaldan azad olmuş ərazilərə səfər edib, orada görülən işlərlə tanış olub.

 

BMT-də “Əlquds Alarabi” bürosunun rəhbəri, Rutgers Universitetinin Yaxın Şərq Araşdırmaları Mərkəzinin professoru, GLOBAL JOURNALİSM COUNCİL-ın (GJC) xarici media təmsilçisi, Əl-Cəzirə, BBC, DW, “France 24” və digər media qurumlarının şərhçisi Əbdülhəmid Siyam Modern.az-la səfər təəssuratlarını bölüşüb.

 

Dağıdılmış evlər, qəbirlər, mədəniyyət abidələri və s. - erməni xislətinin acı nəticələri

 

- Sizi ölkəmizdə görməkdən məmnunuq, özünüzü daha geniş təqdim edə bilərsiniz?

 

- Mənim adım Əbdülhəmiddir. “Əlquds Alarabi” qəzetinin əməkdaşıyam. Təmsil etdiyim media gündəlik çıxan və Fələstinin ən böyük qəzetidir. Eyni zamanda Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq edirəm, quruma akreditə olunmuşam. Biz dünyanın müxtəlif ölkələrindən təşkilata akreditə olunmuş altı jurnalist Azərbaycanda səfərdəyik. Əslində Qarabağın azad olunmasından sonra bu yerlərə səfər etməyim mənim üçün həm qürurverici, həm də sevindiricidir. Biz bura keçən şənbə günü gəlmişik və proqramımız bazar gününə qədər davam etdi. Bazar günü gözəl Bakını ziyarət etdik, daha sonra üç gün ərzində Qarabağa səfərimiz oldu. Səfər proqramı çərçivəsində gün boyu gözəl Qarabağı gəzdik. Biz Füzuliyə, Şuşaya, Ağdama, eyni zamanda erməni terroru nəticəsində Qarabağ ərazisi olmağına baxmayaraq dağıdılan Gəncəyə getdik. Həmin ərazilərə gedəndə erməni xislətinin acı nəticələrini gördük. Dağıdılmış evlər, mədəniyyət abidələri, qəbirlər və s. müharibənin acı tərəflərini göstərir.

 

Qarabağda insanlar məvacib üçün deyil, VƏTƏN üçün işləyirlər

 

 

- Səfər etdiyiniz ərazilərlə bağlı düşüncələriniz nələrdir?

 

- İlk dəfə idi ki, Gəncəyə səfər edirdim, amma Şuşaya ikinci gedişim idi. Terror nəticəsində dağıdılan Gəncəni görmək bizim üçün ağırdır. Ermənilər tərəfindən bombalanma zamanı 27 nəfər terrorun qurbanı olub. Daha sonra Şuşa şəhərinə səfərimiz oldu ki, bu şəhər Azərbaycanın mədəniyyət paytaxtıdır. Erməni işğalı zamanı dağıdılan evləri, dağıntıların, daha daha sonra yenidənqurmanının şahidi olduq. Mən orada olanda gördüm ki, ermənilər Şuşanı işğal edəndə bilirlərmiş ki, onlar bir gün ordan gedəcəklər. Əmin idilər ki, orada əbədi deyillər, vaxt gələcək qovulacaqlar, özlərinin olsa, o kəndləri, şəhərləri yerlə yeksan etməzdilər. Məncə, biz gördüklərimizi başqa cür izah etmək mümkün deyil. Bunun digər bir sübutu isə 30 ildən sonra baş verən İkinci Qarabağ müharibəsində bu əraziləri 44 gün ərzində təhvil vermələridir. Bu, təbii ki, onların işğalçı olduğunu, Qarabağın öz torpaqları olmadığını sübut edən maraqlı faktlardan biridir. Mən bu faktları öz mətbuatımızda, eyni zamanda televiziyada da bildirəcəm. Əgər bu torpaqlar ermənilərin olsaydı, onu qoruyardılar, yenidən yaradardılar, amma gördüklərmizin bunun əksini deyir. Bu, təkcə mənim fikrim deyil, eyni zamanda mənimlə birlikdə gələn digər jurnalistlər də bu fikirdədir. Amma buna baxmayaraq, bizə təsir edən başqa amillər oldu. Qarabağda görülən yenidənqurma, görülən abadlıq işləri bizə çox təsir etdi. Orada gördüyünüz işlər həqiqətən də valeyedici idi. Biz ağıllı kəndi ziyarət etdik. Eyni zamanda Füzuli Beynəlxalq Hava Limanında da olduq. Qısa zaman ərzində Azərbaycanın belə bir iş ortaya qoyması həqiqətən də uğurlu işdir və evin sahibinin kim olduğunu bildirir. Şuşada digər diqqət çəkən məqam isə orada görülən işlərin necə sürətlə və həvəslə getməsidir. Yenidənqurma işləri sürətli proseslə gedir, adamlar həvəslə axşam saat 11-ə qədər çalışırlar. Ən kiçik işdə işləyən vətəndaşa qədər hər kəs gülərüz, xoşbəxt üzərinə düşən vəzifəni edir. Mən onların gözlərində gördüm ki, onlar hər hansı məvacib üçün işləmirlər, öz vətənləri üçün işləyirlər.

 

Azərbaycan indi güclü dövlətə çevrilib, onu dünyada daha güclü edən amillər var...

 

 - Azad olunmuş ərazilərdə insanlarla söhbət şansınız oldumu?

 

- Təbii ki, onlarla Qarabağda görüşdük. Amma bizim ünsiyyət problemimiz var idi. Orada olanların çoxusu ingilis dilində danışa bilmirdi, ona görə də vətəndaşlarla söhbət etmək alınmadı. Həm də mənim üçün demək çətindir ki, orada yerli əhali yaşayır. Şuşada işləyən insanların gözündə sevinci gördük, bu, artıq hər şeyi deyirdi.

 

- Digər diqqət çəkəcəyimiz mövzu isə dağıntılar barədədir. Siz beynəlxalq qanunlardan xəbərdarsınız. Ermənistana qarşı təzminat məsələsində Azərbaycana beynəlxalq hüquq necə yardımçı ola bilər?

 

- Bununla bağlı daha çox UNESCO yardımçı ola bilər. Çünki dağıdılmış evlər, abidər ilə bağlı o qurum məşğul olur. Eyni zamanda mən qəbiristanlıqda da oldum. Orada gördüklərim dəhşətli idi. Hətta oradan fotolar da götürmüşəm. Bununla bərabər Gəncədəki hadisələrlə bağlı Azərbaycana beynəlxalq səviyyədə 2002-ci ildən fəaliyyət göstərən Beynəlxalq Kriminal Təşkilat kömək göstərə bilər. O təşkilət həmin tarixdən hadisələrin toplamasında, araşdırmasında yardımçı ola bilər.

 

- Siz Qarabağda olanları gözlərinizlə gördünüz. Bəzi ölkələr isə həqiqətləri bildikləri halda, hələ də fərqli mövqe sərgiləyirlər. Həmin ölkələrin belə fikir səsləndirməsinin səbəblərini nələrdə görürsünüz?

 

- Həmin ölkələrin siyasətlərində ikitirəlik ola bilər. Hər şey göz qabağındadır, belə fikir səsləndirən ölkələr barədə sadəcə deyə bilərəm ki, onlar hadisələrə göz yumurlar, ikiüzlüdürlər.

 

 

- Azərbaycanda gördüklərinizi dünyaya necə çatdıracaqsınız, Qarabağla bağlı dünyaya necə çağırış etmək istəyirsiniz?

 

- Mən qəzetdə çalışıram, gördüklərimi oradan dünyaya çatdıracağam. Amma təbii ki, bununla hər şey bitmir. Qarabağın haqlı səsinin dünyaya düzgün çatdırılması üçün sizin hökümətin üzərinə böyük vəzifə düşür. Təbii ki, biz sizinlə razıyıq, burada gördüklərmizi yazacağıq. Amma bura daha böyük beynəlxalq təşkilatların səfəri də lazımdır. Eyni zamanda Xarici İşlər Nazirliyi də səfirliklərlə daha əlaqəli işləməlidir. Gördüklərimiz təbii ki, beynəlxalq ictimaiyyət tərəfindən qəbuledilməzdir, bütün dünyanın bunları görməsi lazımdır.

 

- Bu gün dünyada kifayət qədər münaqişə ocaqları qalmaqdadır. Yaxın gələcəkdə dünyanın, hətta Azərbaycan və Ermənistan arasında əlaqələrin bərpasını necə görürsünüz?

 

- Qarabağdan didərgin düşən azərbaycanlılar bu 30 il ərzində böyük əziyyətlə qarşılaşıb. Amma Azərbaycan indi güclü dövlətə çevrilib. Onu dünyada daha güclü edən amillər var ki, bunu qonşularla münasibətdə də görürük. Rusiya İkinci Qarabağ müharibəsində Ermənistanı dəstəkləmədi. Hətta Ermənistan Rusiyadan kömək istəyəndə Rusiya buna cavab olaraq bildirmişdi ki, o, Qarbağın Ermənistana aid olmadığını bilir və kömək edə bilməz. Bu isə Azərbaycan üçün böyük uğurdur. Eyni zamanda dünyada münaqişə ocaqları olsa da, xalqlar arasında münasibətlər artıq düzəlməlidir. Vahid sərhəd bölgüsü, sülh müqaviləsi olmaldır ki, xalqlar öz müqəddaratını müəyyən edə bilsin.

 

- Azərbaycan xalqı ilə bağlı düşüncələriniz nələrdir?

 

- Azərbaycan xalqı bizi çox yaxşı qarşıladı. Xalq gülərüz, mehriban və qonaqpərvərdi. Deyə bilərəm ki, buna görə də Fələstin və Azərbaycan oxşardır. Eyni zamanda mən Azərbaycan dilində bəzi ərəb sözləri görürəm. Bu cəhətdən də oxşarlıqlar var. Ərəb və İslam mədəniyyətinin də vəhdəti də burada hiss olunur. Ona görə də bu ölkədə özümü o qədər də yad hiss etmədim.

 

 

Elşad EYVAZLI

Aysel MƏHƏRRƏMLİ

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü