Modern.az

Hər zaman Azərbaycana dəstək olacağıq - Alban jurnalistlə MÜSAHİBƏ

Hər zaman Azərbaycana dəstək olacağıq - Alban jurnalistlə MÜSAHİBƏ

Müsahibə

30 Avqust 2023, 11:04

Böyük Britaniyanın “Daily Mail”, "Daily Star” və “Avrupa News Agency” platformalarının təmsilçisi Alpaslan Duven, Albaniyanın "infowebmedia" rəqəmsal platformasının əməkdaşı Anisa Bahiti və Gürcüstanın “geodigest.ge” və “newsday.ge” xəbər saytlarının rəhbəri Avtandil Otinaşvili Azərbaycanda səfərdədirlər.

 

Parlament Jurnalistlər Birliyinin (PJB) dəvəti ilə ölkəmizə gələn xarici jurnalistlər Qərbi Azərbaycan İcmasında, Medianın İnkişafı Agentliyində (MEDİA), Mətbuat Şurasında və digər qurumlarda olublar. Səfər zamanı bir sıra aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb, əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
 

Əcnəbi jurnalistlərin Azərbaycana səfərinin əsas məqsədi Qərbi Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır.

 

Ölkəmizdə səfərdə olan Albaniyanın "infowebmedia" rəqəmsal platformasının əməkdaşı Anisa Bahiti səfər təəssüratlarını, iki ölkə arasında əlaqələr haqqında Modern.az-a danışıb.

 

Albaniyalı jurnalistlə müsahibəni təqdim edirik:

 

- Azərbaycan və Albaniya arasında əlaqələr son illər artan sürətlə inkişaf edir. Siz iki ölkə arasında əlaqələrin hazırkı vəziyyətini və gələcəyini necə təsvir edirsiniz?

 

- Ölkələrimiz arasında diplomatik əlaqələr 1993-cü il sentyabrın 22-də qurulub. Albaniyanın Azərbaycanla, xüsusən də son illərdə siyasi təmasların getdikcə artması tendensiyasını müşahidə edirik. Onu deməliyəm ki, iki ölkə arasında mehriban ikitərəfli münasibətlər etimada və qarşılıqlı hörmətə əsaslanır. Bizim Osmanlı imperiyasından bəri qədim əlaqələrimiz var. Burada bir çox alban hərbi təhsil alıb. Mədəniyyət səviyyəsində də ölkələrimiz çox iş görməlidir. Azərbaycan prezidentinin Albaniyaya, prezidentimizin isə Azərbaycana son səfərindən sonra biz qısa müddətdə Azərbaycana vizasız səfər edəcəyik. Bununla da mədəni və turizm əlaqələrimizi daha da möhkəmləndirmək üçün böyük imkan yaradacağıq. Siyasi baxımdan da bizim etimada və səmərəli əməkdaşlığa əsaslanan əla münasibətlərimiz var. İqtisadi cəhətdən bizim böyük bazalarımız var. Bundan başqa birbaşa reyslərin olacağına da ümid edirəm.

 

- Azərbaycana səfəriniz çərçivəsində Qərbi Azərbaycan İcması ilə tanış oldunuz. Ümumiyyətlə, albanların Qərbi azərbaycanlılarla bağlı düşüncələri nələrdir?

 

- Qərbi Azərbaycan icması sovet dövründən əziyyət çəkən bir toplumdur. Keçmiş sovet ərazisi xüsusi xalqların yaşadığı vahid ərazidir. Burda keçmiş Yuqoslaviya albanlarının işğal altında yaşayan bir neçəsini xatırlayın. Bu xalqlar və oradakı insanlar sülhə, rifaha layiqdirlər.

 

- Albaniyanın Türk dünyasına yaxınlaşdığının şahidi oluruq. Sizcə əlaqələri daha dagücləndirmək üçün hansı addımlar atılmalıdır?

 

- Görüləsi işlər çoxdur, amma ən əsas bir-birimizlə güclü ünsiyyəti qurmaq üçün vizasız gediş-gəlişdən başlamaq lazımdır. Azərbaycanla etdiyimiz kimi daha yaxşı iqtisadi əlaqələr həyata keçirməliyik. Bununla bərabər siyasi əlaqələri gücləndirməliyik. Təbii ki, bunun üçün birbaşa hava yolu əlaqəsi, daimi mədəniyyət və turizm mübadilələri bizə yardımçı olacaq.

 

- Son zamanlar beynəlxalq təşkilatlarda Ermənistan tərəfindən Qarabağ mövzusunda Azərbaycana qarşı əsasız iddialar qaldırılır və nəticəsiz olur. Bu mövzuda Albaniyanın da Azərbaycana dəstəyini gördük. Ölkənizin Azərbaycana dəstəyini necə qiymətləndirirsiniz?

 

- Albaniya hakimiyyəti və albanlar Azərbaycanın Qarabağla bağlı haqlı savaşını hər zaman dəstəkləyib.  Oradakı insanların azadlığı və insan haqları ilə bağlı hərtərəfli Albaniya hər zaman Azərbaycana dəstək olacaq. Albaniya Azərbaycanın ərazi bütövlüyünü tanıyır və BMT Təhlükəsizlik Şurasının Qarabağla bağlı qətnamələrinin icrasını dəstəkləyir. Albaniya ilə Azərbaycanın BMT və Avropa Şurasında əməkdaşlığı da aydın, göz qabağındadır. Albaniya bildiyiniz kimi NATO-nun üzvüdür. Hər zaman olduğu kimi burada da NATO ilə Azərbaycan arasında münasibətlərə həmişə böyük dəstək verib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dronlar Putinin mülk və sarayı istiqamətində hücuma keçdi