Modern.az

Azərbaycanlılar Xarkovda: Həmyerlilərimiz bərpa işlərini gözləyir - MÜSAHİBƏ

Azərbaycanlılar Xarkovda: Həmyerlilərimiz bərpa işlərini gözləyir - MÜSAHİBƏ

Müsahibə

7 Yanvar 2024, 15:18

Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulu Əfqan Salmanov Modern.az-ın suallarını cavablandırıb. Diplomat Ukraynada davam edən müharibə ilə bağlı son durum, azərbaycanlıların müraciətləri və digər aktual məsələlərə aydınlıq gətirib.

 

Müsahibəni təqdim edirik: 

 

- Xarkov vilayəti Ukraynada azərbaycanlıların daha çox yaşadığı bölgələrdəndir. Soydaşlarımız tərəfindən konsulluğa hansı istiqamətdə müraciətlər daxil olunur?

 

- Ukraynada yaşayan azərbaycanlılardan konsulluğumza müraciət edənlər var. Bu müraciətlər bizim konsulluğu əhatə edən ərazilərdən daxil olur və baxılır. Vətəndaşların müraciətləri əsasən, sənədlərin dəyişdirilməsi ilə bağlı olur. Digər müraciətlər isə ölkəyə qayıtmaqla bağlıdır. Belə ki, müharibə şəraiti ilə əlaqədar geri dönüş üçün vəsaitləri olmayanlar var. Belə hallarda konsulluqdan yardım istəyənlər var. Çalışırıq ki, onlara yardım edək. Müharibə başlayandan bu günə qədər olar müraciətləri nəzərə alsaq, deyə bilərik ki, 2023-cü ildə müraciətlərin sayı dəfələrlə azalıb. Müharibə zamanı konsulluğa müraciətlər çox idi, indi isə azalma müşahidə olunur. Yeni il başlayandan bəri isə sadəcə dörd nəfər konsulluğumuza müraciət edib.

 

- Ukraynada müharibə uzun müddətdir davam edir. Müharibə səbəbindən minlərlə azərbaycanlı Ukraynanı tərk etməyə məcbur qalıb. Onlardan bir çoxlarının geri qayıtdığı deyilir. Hazırda vəziyyət necədir?

 

- Ukraynaya qayıdan azərbaycanlılarla bağlı dəqiq say bizdə yoxdur. Amma bildiyimizə görə, qayıdan azərbaycanlılar var.

 

 - Ukraynada müharibə vaxtı azərbaycanlıların evlərinə və obyektlərinə də ziyan dəymişdi. Hazırda bərpa işləri aparılırmı?

 

- Bərpa işləri bağlı məsələləri açıqlamaq bir az çətindir. Çünki Xarkov vilayət və şəhərlərə bölünür. Vilayətin də bir çox yeri Rusiya ilə həmsərhəddir. Həmin ərazilərdə də bərpa işlərinin aparılması bir az çətin məsələdər. Çünki həmin ərazilərdə hələ də döyüşlər davam etdirilir. Şəhərin özündə isə bərpa işləri aparılır. Amma bəzi şəhər mərkəzlərində çox yaşayışlı binalar bərpa olunmur. Bildiyimizə görə, orada da yaşayan azərbaycanlılar var. Onlar da öz növbəsində bərpa işlərini gözləyirlər. Ümumiyyətlə, qayıdan insanlar özləri bərpa işləri haqqında daha dəqqiq məlumat verə bilər.

 

- Xarkovda nə qədər azərbaycanlı yaşayır?

 

- Müharibə ilə əlaqədar məlumatlar bəzən dəqiq olmaya bilir. Biz bir neçə dəfə fəxri konsulluq olaraq müvəqqəti və həmişəlik oturum haqqı olan Azərbaycan vətəndaşları haqqında Xarkov Vilayət Miqrasiya Xidmətinə müraciət etmişik.  Amma təəssüflər olsun ki, biz sayla bağlı onlardan dəqiq say ala bilməmişik. Ən sonuncu müraciətimiz isə ötən ilin iyul ayında olub. Təəssüf ki, bu sorğumuza da nəticə ala bilməmişik.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok