Modern.az

"Mədəkiçiltmənin onkoloji xəstəliyə səbəb olmasının elmi məlumatı yoxdur" - Cərrah Nihad Nəzərzadə ilə müsahibə

"Mədəkiçiltmənin onkoloji xəstəliyə səbəb olmasının elmi məlumatı yoxdur" - Cərrah Nihad Nəzərzadə ilə müsahibə

Müsahibə

29 İyul 2024, 10:30

Modern.az "Leyla Medical Center"in ümumi cərrahı uzman həkim Nihad Nəzərzadə ilə müsahibəni təqdim edir

 

Müsahibə təklifini qəbul etdiyiniz üçün təşəkkür edirik. Pasiyentləriniz ən çox hansı problemlərlə əldaqədar cərrahiyyəyə baş vururlar?

 

Salam. Sizinlə həmsöhbət olmaq xoşdur. Biz daha çox onkolojik xəstəliklərin cərrahiyyəsi ilə məşğul olduğumuza görə xəstələrimizin əksəriyyətini xərçəng xəstəliyi olan pasiyentlər təşkil edir.

 

Cərrahiyyə sahəsində ən son hansı texnoloji yeniliklər ortaya çıxıb. Ümumiyyətlə texnologiyanın inkişafı cərrahların işini necə dəyişib?

 

Müasir dünyada cərrahiyyədə minimal invaziv yanaşmalar ön plana çıxmaqdadır. Minimal invaziv yanaşma dediyimizdə perktuan girişimlər, laparoskopik cərrahiyyə, robotik cərrahiyyə kimi prosedurlar nəzərdə tutulur. Son zamanlarda özəlliklə süni intelektin tibdə tətbiqinə  dair artıq məqalələr dərc olunmaqdadır. Bu texnologiyalar tibb dünyası üçün yeni ümidlər vəd edir.

Son illər cərrahiyyə ilə bağlı ən çox müzakirə olunan məsələlərdən biri də laparoskopik müdaxilədir. Hansı hallarda bu müdaxiləyə zərurət yaranır?

 

Laparoskpik cərrahiyyə artıq inkişaf etmiş ölkələrdə mübahisə mövzusu deyil. Əgər bir əməliyyat laparoskopik olaraq normal cərrahi standartlarda yerinə yetirilə bilirsə, bunu icra edə bilən texniki komada və cərrah heyyəti varsa laparoskopik cərrahiyyə şansını xəstəyə hər zaman vermək lazımdır. Çünki laparoskopiya sonrasında xəstənin əməliyyat sonrası reabilitasiya dönəmi açıq cərrahiyyədən daha qısa çəkir. Xəstə qısa müddətdə normal həyat standartlarına dönə bilir.

 

Bəziləri deyir ki, cərrahi əməliyyatlara ən son vəziyyətdə baş vurmaq lazımdır. Siz bu fikirlə razılaşırsınızmı?

 

Xeyr əlbəttə ki. Cərrahiyyə son seçim olmamalıdır. Xəstəlikdən və onun yayılma dərəcəsindən asılı olaraq cərrahiyə müalicənin həm başlanğıcında, həm ortasında həm də axırında icra oluna bilər. Ona görə də xəstəyə qərar vermədən öncə uyğun ixtisaslı həkimlərin xəstəyə komsilium şəklində qərar verməsi daha düzgün bir yanaşma hesab olunur.

 

İndiyədək etdiyiniz ən mürəkkəb və çətin əməliyyat hansı olub?

 

Prinsip etibarı ilə hər əməliyyatın özünə məxsus çətinlikləri var. Hər bir əməliyyata bizim cərrahiyyə komandası eyni məsuliyyət və həssaslıqla yanaşır. Çünkü ən xırda bir səhlənkarlıq xəstənin ən yaxşı halda xəstəxanada günlərlə əlavə yatışına səbəb ola bilər. İndiyə qədər etdiyimiz mürəkkəb əməliyyatlar yetəri qədərdir. Bunlar arasında 4-cü mərhələdə olan bəzi xərçəng xəstələrinin (hansı ki konsilium nəticəsinə görə cərrahiyyə qərarı alınıb) geniş radikal sitoreduktiv əməliyyatları və əməliyyatdaxili isti kimyaterapiya (HİPEC) əməliyyatları özəllik təşkil edir. Bu əməliyyatlar ortalama 8-10 saat davam edir.

 

Təkrar cərrahi əməliyyatlar nə qədər təhlükəsizdir? Hansı hallarda bu əməliyyatları etmək olar?

 

Təkrari cərrahi əməliyyatların icrası texniki cəhətdən əlbəttə ki daha problemlidir. Çünki əvvəlki əməliyyat sonrasında qarın içərisində çoxlu yapışıqlıqlar əmələ gəlir bu da əməliyyatın gedişinə əngəl törədir. Ama təcrübəli cərrahların tərəfindən bu əməliyyatlar yetəri qədər peşəkarlıqla icra oluna olunur.

Gələcəkdə cərrahiyə sahəsində hansı yeniliklər olması gözlənilir?

 

Gələcək dövrdə gen terapiyası ağıllı dərmanların inkişafi ilə əlaqədar onkoloji xəstəliklərin cərrahi müalicəsinin daha az radikal olacağı daha minimal invaziv prosedurların olacağı düşünülməkdədir. Xüsusilə yuxarıda qeyd elədiyim süni intellektin də bu işə xüsusi fayda verəcəyini düşünürəm.

 

Xərçəng xəstəliyinin ən çox hansı növü ilə rastlaşırsınız?

 

Günlük praktikamızda daha çox yoğun bağırsaq, düz bağırsaq, mədə eləcə də qadınlar arasında geniş yayılmış süd vəzi xərçəngi diaqnozları ilə xəstələrimiz bizə tez-tez müraciət edir.

 

Xərçəng xəstələrinə hansı mərhələdə əməliyyat tövsiyə edirsiniz?

 

Xərçəng xəstəliyinin növündən, lokalizasiyasından asılı olaraq müalicənin əvvəlində, ortasında və ya sonunda cərrahi müdaxilə oluna bilər.

 

Xərçəng şişlərinin aradan qaldırılması üçün müxtəlif üsullardan istifadə edilir. Bəzən kimyəvi üsulla yandırılır, radiasiya ilə şüalandırılır, cərrahi üsulla kəsilir. Bunlardan hansına üstünlük vermək lazımdır və hansı daha effektiv hesab edilir?

 

Xərçəng xəstəliyi kimyaterapiya şüa terapiyası və cərrahi üsullarla  müalicə olunur. Bu metodların birinin digərinə üstünlüyündən ziyadə, hamısı bir müalicə prosedurunun tamamlayıcı elementleridir. Yəni, bu sadalananlardan hər hansı biri digərini əvəz edə bilməz. Tam tərsi olaraq biri-birini tamamlayan addımlardır. Xəstəliyin növündən və mərhələsindən asılı olaraq bu müalicə metodlarının ardıcıllığı təyin olunur.

 

Mədəkiçiltmə əməlliyatının xərçəng yaratdığı barədə iddialar var. Bu nə dərəcədə doğrudur? 

 

Bunun heç bir elmi əsası yoxdur. İddiadan başqa bir şey deyil. Çünki mədəkiçiltmənin hər hansı bir onkolojik prosesə səbəb olduğu ilə əlaqəli göstərilmiş elmi məlumat literaturda yoxdur.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyaya növbəti zərbə-50 milyonluq qırıcı təyyarə məhv edildi