Ümumi cərrahi patologiyalar arasında son zamanlar tük dönməsi geniş yer almışdır. Bizdə bu mövzuda bəzi məqamları araşdırdıq. Tük dönməsinin yaranma səbəbləri haqqında suallarımızı Leyla Medical Center-in ümümi cərrahı, proktoloqu doktor Aynur Yaqubova cavablandırıb.
Modern.az həmin müsahibəni təqdim edir:
Müsahibə təklifimizi qəbul etdiyiniz üçün təşəkkür edirik. Doktor tük dönməsi problemi olan pasiyentlər ilk növbədə sizə hansı şikayətlərlə müraciət edir?
Belə deyək də, onlar bəzi vaxtlar tük dönməsi olmasını heç bilmirlər. Lakin, quyruq nahiyədə ağrı, oturan zaman ağrının artması, həmin nahiyədə qızartının olmasından şikayətlənirlər.
Bəs, tük dönməsi necə yaranır?
Tük dönməsi, tibbi dildə pilonidal sinus, hətta kıl dönməsi kimi tanınır. Bədənin müxtəlif nahiyələrində ola bilir. Lakin gövdənin quyruq hissəsində, büzdüm nahiyəsində iki büküş arasında tüklərin qeyri-düzgün inkişafı səbəbindən dərialtına girərək yuvacıq əmələ gətirir. Bu səbəbdən də həmin nahiyədə dəri altında tük kisəsi formalaşır.
Doktor bəs tük dönməsi uşaqlıqdan olur?
Maraqlı sualdır. Əvvəllər çox alimlər bu tük dönməsinin bətndaxili inkişaf dövründə dəri büküşündən yaranmasını qeyd edirdilər. Lakin, son zamanlar araşdırmalar nəticəsində məlum olmuşdur ki, xəstəlik anadangəlmə sayılmır.
Tük dönməsi hansı müayinələr əsasında aşkar olunur?
Tük dönməsini sadəcə xəstənin şikayətləri əsasında cərrahi baxış zamanı müəyyən etmək olur. Pasiyent ilk olaraq həkimə müaricət edən zaman büzdüm nahiyəsində ağrı, qızartı, şişkinlik, bəzən orda kiçik dəliklərin olması, dəliklərdən irinli möhtəviyyatın gəlməsindən şikayətlənir.
Hər kəsi maraqlandıran sual, dərmanla müalicə olunurmu, yoxsa əməliyyat lazımdır?
Pasiyentdə ilkin olaraq yuxarıda qeyd edilən əlamətlər varsa , büzdüm nahiyəsində irinlik əmələ gəlmişsə yerli keyləşdirmə altında irinlik açılır, təmizlənir. Xəstəxanada qalmağa ehtiyac duyulmur. Lakin dəliklərdən periodik olaraq irinli möhtəviyyatı gəlməsi cərrahi əməliyyata göstərişdir.
Hazırda tibbin inkişaf etdiyi dövrdə insanları maraqlandıran suallardan biri də budur ki, lazerlə əməliyyat olunurmu?
Əməliyyatın növləri müxtəlifdir. Xəstəliyin gedişindən asılı olaraq əməliyyatın da seçimi dəyişir.
Büzdüm nahiyəsində olan irinlik böyük bir sahəni əhatə etmiş olursa əməliyyat acıq üsulla aparılır. Yaranın bu zaman sağalma müddəti bir qədər uzun çəkir. Lakin, irinlik olmadığı halda aparılan əməliyyat lazer üsulu ilə aparılır. Bu zaman tük kisəciyi lazer vasitəsilə aradan qaldırlır.
Doktor hər bir kəsdə bəs, tük dönməsinə rast gəlmək olur?
Xeyr. Tük dönməsi 20 yaşla 40 yaş arası şəxslərdə, daha çox kişilərdə rast gəlinir. Həmçinin, çox kök insanlarda, hormonal dəyişikliyə məruz qalmış pasiyentlərdə, gigiyena qaydalarına riayət etmədikdə, oturaq həyat tərzi keçirən şəxslərdə də olur.
Əməliyyat sonrası pasiyentlərinizə nə tövsiyə edirsiniz?
Gündəlik yaraya qulluq olunması, yaranın sağalması müddətində oturmamaq, sağalma qeyd olunduqdan sonra yaraya təkrar tüklərin girməməsi üçün həmin nahiyənin lazer epilyasiyası etməyini məsləhət görürük.
Xəstələrin ən çox soruşduqları saullardan biri tük dönməsinin təkrar əmələ gəlmə ehtimalı varmı?
Bəli var. Lakin 5 % hallarda. Onun da səbəbi tam tük kisəsinin xaric edilməməsi, yenidən tüklərin yara nahiyəsinə inkişafındandır. Bu zaman aparılan əməliyyat plastik əməliyyat kimi icra olunur. Z-flep dəri köçürülməsi sayəsində təkrar əmələ gəlmənin qarşısı alınır.
Pasiyentlərə sağlamlığının qeydinə qalmağını bu və buna bənzər digər şikayətlər olduğu halda vaxtında həkimə müraciət etməyi tövsiyə edirəm.
Leyla Medical Center
Ünvan: Xətai rayonu, Yusif Səfərov küç.19
Ətraflı məlumat: *0101
Whatsapp: +994 55 455 0111
//www.facebook.com/LeylaMedicalCenter
//www.instagram.com/leylamedicalcenter/