Modern.az

TQDK: Dünənki sınaq imtahanlarının nəticələri tezliklə açıqlanacaq

TQDK: Dünənki sınaq imtahanlarının nəticələri tezliklə açıqlanacaq

4 Aprel 2016, 11:04


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) aprelin 3-də 2016/2017-ci tədris ili üçün baza ali tibb təhsili əsasında həkim-mütəxəssislərin hazırlanması məqsədilə rezidentura səviyyəsinə qəbul imtahanının I mərhələsini keçirib.

TQDK-dan Modern.az-a verilən məlumata görə, imtahan Bakı şəhərində 2, Naxçıvan şəhərində isə 1 binada aparılıb. İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib və imtahanın gedişinə nəzarət olunub.

Aprelin 4-dən etibarən Komissiyada imtahan protokolları və cavab kartlarının emalı aparılacaq və nəticələr yaxın günlərdə elan olunacaq.

Nəticələr elan olunduqdan sonra namizədlər imtahan nəticələri ilə TQDK-nın internet saytında və ya iş nömrələrini bütün mobil operatorlardan 7727 nömrəsinə göndərməklə tanış ola biləcəklər.

TQDK-nın sözçüsü Nəsimi Kazımov Modern.az-a açıqlamasında bildirib ki, rezidenturaya qəbul imtahanın birinci mərhələsinin nəticələri bu gün açıqlanacaq.

TQDK ali təhsil müəssisələrinə qəbul olunmaq istəyən abituriyentlər üçün də dünən sınaq imtahanı da keçirib. 

İmtahanda iştirak etmək üçün yazılış internet vasitəsilə aparılıb və 48123 abituriyent qeydiyyatdan keçib.

İmtahanlar Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran, Xaçmaz, Qazax, Tovuz, Yevlax, Zaqatala, Tərtər, Kürdəmir, İsmayıllı, İmişli, Salyan, Cəlilabad, Quba, Babək, Kəngərli, Ordubad, Sədərək, Culfa, Şərur və Şahbuz şəhər və rayonlarında, ümumilikdə 61 binada təşkil olunub. 

İmtahan bütün mərkəzlərdə təlimata uyğun olaraq keçirilib. İmtahan prosesinin idarə olunması üçün TQDK-da operativ qərargah fəaliyyət göstərib. İmtahan binalarına buraxılış yalnız abituriyentin özünün şəxsiyyət vəsiqəsinin əsli və "İmtahana buraxılış vərəqəsi" əsasında həyata keçirilib. Göstərilən sənədlərindən biri olmayan, imtahana şəxsiyyət vəsiqəsinin surəti ilə gələn, başqasının şəxsiyyət vəsiqəsi ilə qeydiyyatdan keçən abituriyentlər imtahan binasına buraxılmayıblar.

Qeyd edək ki, aprelin 4-dən etibarən Komissiyada imtahan protokolları və cavab kartlarının emalına başlanılacaq və nəticələr yaxın günlərdə elan olunacaq. İmtahan nəticələrini Komissiyanın internet səhifəsindən və bütün mobil operatorlardan iş nömrəsini 7727-yə boş SMS göndərməklə öyrənmək olar. 

Aytən ZƏHRA

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK - Xameneinin iqamətgahı raketlə VURULDU