Dekabrın 24-də Müsavat Partiyası Məclisinin toplantısı keçirilib. Toplantıda sabiq millət vəkili Arzu Səmədbəyli partiya Məclisinin yeni sədri seçilib. Modern.az-ın məlumatına görə, A.Səmədbəyli sədrliyə alternativsiz namizəd olub.
Qeyd edək ki, Müsavat Məclisinin əvvəlki sədri Sülhəddin Əkbərin ötən ayın sonunda partiya başqanı İsa Qəmbərin AXCP ilə birləşmək istiqamətindəki fəaliyyətindən narazı qaldığını bəyan edərə istefa vermişdi.
Dekabrın 24-də Müsavatda keçirilən toplantıda Tofiq Yaqublu, İkram İsrafil, Tural Abbaslı partiya Divanına üzv seçiliblər.
İclasda İsa Qəmbərin sədirliyi ilə partiyanın VIII Qurultayına Hazırlıq üzrə Təşkilat Komitəsi yaradılıb. Qurultay 2011-ci il may ayında keçiriləcək. Müsavat başqanı partiyanın gələn il keçiriləcək qurultayı ilə bağlı deyib ki, partiyanın Nizamnaməsi qüvvədə və ona uyğun olaraq yeni başqan seçiləcək.