Dəyərli oxucular, ermənilərin cəbhə xəttindəki son təxribatlarının qarşısının uğurla alınması, qəhrəman əsgərlərimizin, ordumuzun Azərbaycanın ərazi bütövlüyünü şücaətlə qoruması, xalqla hörmətli Ali Baş Komandanımız, cənab Prezident İlham Əliyevin birliyini bir daha gözügötürməyənlərə isbata yetirdi.
Hesab edirəm ki, atam Mikayıl Mirzə bu gün yaşasaydı poeziya dili ilə nərə çəkərdi. Hələ çox-çox illər öncə bugünkü gün üçün dediyi və çoxlarının dinləyə bilmədiyi poeziya çələnginin videosunu Modern.az vasitəsilə Sizlərlə bölüşmək qərarına gəldim.
Tanrı Azərbaycanımızı qorusun. Allah Vətən uğrunda canlarından keçənlərə rəhmət eləsin.