Rusiya xarici işlər naziri Sergey Lavrov 21-22 aprel tarixlərində Ermənistana səfər edəcək.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə nazirliyin rəsmisi Mariya Zaxarova məlumat verib.
“21-22 aprel tarixlərində Sergey Lavrov Yerevanda ikirtərəfli, regional və beynəlxalq gündəmdə olan məsələləri müzakirə edəcək”.
Zaxarova Dağlıq Qarabağ yaranmış situasiya ilə bağlı iki ölkənin də situasiyanı müzakirə edəcəyini bildirib.
Vüqar İsmayılov