Modern.az

Dua edin, analar!

Dua edin, analar!

Qarabağ

8 Aprel 2016, 13:14

Ruslan Həsənli

Ermənistanda (Qərbi Azərbaycanda) doğulmuşam. Amasiya rayonu, Güllücə kəndində yaşayırdıq. Nənələrimizin, ermənilərin onlara yaşatdıqları müsibətlərdən bəhs edən söhbətləri ilə boyüyürdük. Qonağımız olan  yaşlı qohumlar da, ermənilərin biz azərbaycanlılara-türklərə qarşı tarix boyu törətdikləri eləcə də, 1905-1918-ci il qətliamlarını nəql edirdilər. Heyrət içində qulaq asardım. Kimi atasını, kimi qardaşını itirmişdi. Kimi sonrakı illərdə qohumlarının Azərbaycana, Tiflisə zorla koçürülməsindən danışardı.

“Uşaq olduğumdan qorxumdan qaçıb təndirdə gizlənmişdim, doğmalarımı gözümün önündə oldürdülər” deyirdilər. Bunları o zaman reallıq hesab etmirdim. Düşünürdüm ki, yaşlı nənə nağıl danışır.

“1988-ci ildən ermənilər yavaş-yavaş bizi qovmağa başlayırdılar. Artıq kəndlərimizəə hücumlarla bağlı söz-söhbətlər qızışırdı. Bir gecə  xəbər düşdü ki, ermənilər bizi-türkləri qırmağa gəlir. Evdən necə çıxıb qaçmışdıqsa rəhmətlik qardaşımın 2 yaşlı qızını təşvişdən unutmuşduq. Uşaq yaddan çıxıb beşikdə qalmışdı. Biz isə Türkiyə sərhəddinə üz tutmuşduq. Yarı yolda bəlli oldu ki,  körpə beşiyində yatır”.
 
Xatirimdədir, anam hər gecə ay işığında göyə əl açırdı, Allaha yalvarırdı, dua edirdi, “Altını üstünə çevir! Başları özlərinə qarışsın” deyirdi.

İndiki kimi yadımdadır. Həmin gun məktəbdə idim. Birdən güclü titrəyiş hiss etdik. Gözlərimin önündədir hər kəsin necə həyəcanla çölə qaçması. Amma bu zəlzələdən nə kəndimizdə ev, nə də məktəbimiz dağıldı. Bir nəfərin burnu da qanamadı. Amma Spitakdan, Leninakandan qara xəbərlər gəldi. Anamın dualarında dediyi kimi olmuşdu. Spitakdan keçəndə şəhərin yerlə-yeksan olduğunu, altının üstünə çevrildiyini gördum. Beləcə, həmin vaxt ermənilərin başı özlərinə qarışdı. Anamın dualarımı bunu etdi, deyə heyrətlənmişdim. Biz həmin vaxt ordan qaçıb gəldik.

İndi anamın 70 yaşı var. Oturub əsgərlərimizə, vətənimizə, Ali Baş Komandanımıza dualar edir. Deyirəm, ay ana duaların qəbul olunsun, amma qarğışın da tutur. Yenə də altını üstünə çevir, ermənilərin başları özlərinə qarışsın.

Odur ki, əziz analar! Hər birinizə səslənirəm! Allh sizin səsinizi daha tez eşidir. Dualarınız da, qarğışınız da qəbul olunur.  Şəhid analarımızın göz yaşları yerdə qalmamalıdır.  Sinələri övlad dağı ilə dağlanmış analarımızın acıları bir od olub, Allah tərəfindən düşmənin başına yağar. Vətənimizə, dğvlətimizə, əsgər və zabitlərimizə dualarınızı əsirgəməyin!

Hər bir şəhidimiz canımızdan candır! Hər şəhid dəfni görəndə göz yaşlarıma hakim kəsilə bilmirəm, amma onlara həsəd hissi ilə baxıram. Qəhrəmanlıqları ilə öyünürəm. Tale yazılarının qısalığına isə təssüflənirəm. Vətən sevgiləri ilə olümə meydan oxumaqlarını görəndə heyrətlənirəm. Vətənimin mərd oğulları ilə, qardaşlarımızla öyünür, fəxr edirəm! Vətən uğrunda öldürməyə və ölməyə ona görə hazırıq, ona görə qorxmuruq ki, ruhumuzda vətənimizi imperiya cəlladlarının dəfələrlə parçalamalarının bezginliyi var! Qələbəyə susamışıq biz! Ürəyimizdə alovlanan BÜTÖV AZƏRBAYCAN SEVGİSİ, HƏSRƏTİ VAR! Bu sevgini aprelin 6-da and yerimiz olan Şəhidlər Xiyabanına yürüş edən gənclərimizin, oğul və qızlarımzın hər birinin gözündə də gördüm. Bu kimi hissləri hamımız yaşayırıq, görürük. Ruhdan düşməyək əzizlərim!

Mənim urəyimdə iki yara var: biri babalarımın ruhunun dolaşdığı, qədim Azərbaycan torpaqları olan İrəvan, Göycə, Zəngəzur, Ağbaba... digəri isə Qarabağ! Bütün dünyaya səslənirəm! Bizim günahımızın adıdır ki, vətənimiz ermənilər tərəfindən işğala məruz qalıb?! Mənim torpağımda, mənim vətənimdə havadarlarının dəstəyi ilə özlərinə dövlət qurdular! Rəvan qalamı sökdülər! İrəvan xanlığımı viran etdilər! Amma kimsə onlara güldən ağır söz demədi, demir də… Dünya susur… Daha bir haqsızlığın qarşısında susur. Biz isə susmayaq! Bir yumruq kimi birləşib, mübarizəmizi davam etdirək! Ya şəhid olaq, ya qazi! Amma məğlub olmayaq!

Whatsapp
Bizə yazın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza