Modern.az

“Vətənpərvər kimdir?” müsabiqəsinin qaliblərinə mükafatlar verilib (fotolar)

“Vətənpərvər kimdir?” müsabiqəsinin qaliblərinə mükafatlar verilib (fotolar)

Qarabağ

27 Dekabr 2010, 18:45

Bu gün Gənclər üçün Təhsil Mərkəzi, Çingiz Mustafayev adına Fond və ANS Şirkətlər Qrupunun 1 oktyabr 2010-cu il tarixdə başladıqları “Çingiz Mustafayevin 50 illiyinə” həsr olunmuş “Vətənpərvər kimdir?” adlı inşa müsabiqəsinin təqdimat mərasimi keçirilib. Əsas məqsədi məktəblilərin vətənpərvərliklə bağlı fikir və düşüncələrini öyrənmək, təhlil etmək və ictimaiyyətə çatdırmaq olan müsabiqə konkret məcburi köçkün orta məktəbləri arasında keçirilib.
Müsabiqəyə təqdim edilmiş 137 inşadan ilkin seleksiya zamanı 49-u növbəti seçim mərhələsinə buraxılıb. Bu mərhələdə Gənclər və İdman Nazirliyinin, Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının və Mərkəzin ekspertlərinin dəyərləndirməsində isə 5-ci, 6-cı və 7-ci siniflər üzrə hər birindən 3 qalib və 7 həvəsləndirici yerin sahibi müəyyənləşdirilib.
Əsasən regionlardan olan, qalib gəlmiş məcburi köçkün məktəblilərinin diplom və hədiyyələrini təqdim etmək məqsədilə ANS Şirkətlər Qrupunda təqdimat mərasimi keçirilib. Mərasimdə Milli Qəhrəman Çingiz Mustafayevin valideynləri və digər ailə üzvləri iştirak edib, qalib gələn məktəblilərə diplom və hədiyyələr veriblər.

 

 

 


Modern.az  

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama