Modern.az

15 yaşlı qızın 84 yaşlı kişi ilə nikahı pozuldu

 15 yaşlı qızın 84 yaşlı kişi ilə nikahı pozuldu

Dünya

8 Aprel 2016, 22:18

 

Səudiyyə Ərəbistanının şəriət məhkəməsi 84 yaşlı kişi ilə 15 yaşlı qızın nikahı ləğv edib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, Djazan regionunun şəriət məhkəməsi, hətta bu nikah ittifaqına razılıq verən məhkəmənin əməkdaşı haqda intizam tənbehi qəbul edib.

Səudiyyənin hüquq-mühafizə orqanları bərabər olmayan nikahla yaşlı “gəncin” gənc arvadının ər-arvad borcunu yerinə yetirməkdən imtinası ilə bağlı gileyindən sonra maraqlanıblar.

Beləliklə, iş məhkəməyə gedib və nikah ləğv olunub. Araşdırma zamanı müəyyən edilib ki,  psixi çatışmazlığı olan qızın atası onu 84 yaşlı qocaya sadəcə olaraq satıb.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər